Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rəşad Hacıyevin bayram güzəşti – “Suraxanının boz kardinalı” qanunsuz tikinti aparanlara Ramazan ayı boyunca göz yumacaq -VİDEO

Rəşad Hacıyevin bayram güzəşti – “Suraxanının boz kardinalı” qanunsuz tikinti aparanlara Ramazan ayı boyunca göz yumacaq - VİDEO

Paytaxtın Suraxanı rayonunun Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə küçəsi 104 ünvanda özbaşına tikinti işlərinin aparılması barədə mediada məlumat yayılıb. İşlərin görüldüyü obyektin görüntülərini əks etditrən video-materialdan məlum olur ki, qanunsuz tikintinin aparıldığı yerdə ağaclar var. Məhvə məhkum edəcəkləri ağacları əvvəlcə hasarın içinə alıblar və onlardan ikisini kəsiblər.
Yenixeber.org: Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rəşad Hacıyevlə telefon əlaqəsi saxlayıb məsələyə münasibətini soruşduq. Təsəvvürlərinin dəqiqləşməsi üçün tikinti işlərinin aparıldığı obyektin video çəkilişlərini də mesajla göndərdik. Özü də baxıb sözdə təsdiqlədi ki, bu, qanunsuzluqdur. Vəd etdi ki, tezliklə məsələyə aydınlıq gətiriləcək və götürüləcək ölçü barədə redaksiyamıza məlumat veriləcək.
Lakin nə oldusa, sonradan Rəşad müəllimdən xəbər çıxmadı. Yəqin obyekt sahibi ilə ünsiyyətə çıxıb və ona Ramazan ayında özəl güzəştlər edilib, qanunsuz əməlinə göz yumulub.
Xatırladaq ki, fevralın 17-də Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Suraxanı rayon icra başçısı Adil Əliyevə işindəki nöqsanlara görə töhmət verilib. Hərçənd, Rəşad Hacıyev kimi ictimaiyyətlə təmasda destruktiv olan kadrlar daha böyük intizam tənbehinə layiqdirlər. O isə illərdir bir neçə başçısını yola salıb, “rayonun boz kardinalı” kimi öz postunu qorumaqdadır.(nyus.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam