Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Media direktorunun dəbdəbəsi: 99-MG-099 nömrəli yarım milyonluq “Maybach” və pərdəarxası münasibətlər -FOTO

İnternet resurslarında yayılan və diqqət çəkən avtomobillə bağlı redaksiyamıza məlumat daxil olub.

Yenixeber.org: Dəyəri təxminən yarım milyon manatdan çox olan, 99-MG-099 dövlət nömrə nişanlı “Maybach” markalı avtomobilin sahibi mətbuata tanış şəxsdir. 

Bildirilir ki, sözügedən avtomobil hazırda Azərbaycanın “Global Media” holdinqi tərəfindən Türkiyədə təsis edilmiş “Haber Global” telekanalında direktor olan Məmməd Gülməmmədova məxsusdur.

Qeyd olunur ki, avtomobilin dövlət nömrə nişanındakı “MG” hərfləri də sahibinin ad və soyadının abreviaturasıdır.

Xatırladaq ki, Məmməd Gülməmmədov Global Media Qrupun rəhbəri Elnur Abdullayevlə yaxın dostluq münasibətlərinə malikdir. Elnur Abdullayev Azərbaycanda bir sıra media resurslarını satın alaraq “Global Media Group” çətiri altında birləşdirib. O, eyni zamanda Türkiyədə fəaliyyət göstərən “Haber Global” telekanalının qurucusu və hazırkı rəhbəridir.

Mediada yer alan məlumatlara görə, Elnur Abdullayev bir müddət sabiq nəqliyyat naziri Ziya Məmmədovla çalışıb. Həmçinin Ziya Məmmədovun oğlu Anar Məmmədovla qohumluq əlaqələrinin olduğu barədə iddialar mətbuatda yer alıb. Sonrakı dövrlərdə onun Rövnəq Abdullayevlə yaxın münasibətlərdə olduğu, eləcə də müxtəlif vaxtlarda fərqli iş birlikləri ilə bağlı iddiaların səsləndirildiyi bildirilir.

Qeyd edək ki, son dövrlərdə — xüsusilə Rövnəq Abdullayevlə bağlı mərhələdən etibarən — Məmməd Gülməmmədovun onun yaxın çevrəsində olduğu da mediada vurğulanır.

Hələ gənc ikən M.Güləmmədov özünə məxsus olan səhifələri Global Media Grup-a satmış, sonradan yaratdığı xəbər portalını da həmin şirkət ətrafında birləşdirərək inkişaf etmişdir.

Mətbuatda gedən məlumatlara görə Məmməd Gülməmmədov Gülən şəbəkəsinə məxsus liseydə təhsil alıb. Amma onun heç media təhsili yoxdur(32gun.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam