Redaktor seçimi
AHİK-də daxili intriqalar pik həddə çatır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
Günün xəbəri

ADSEA -ində daha bir qalmaqal: Vergi borclu şirkətlə 2,8 milyonluq müqavilə bağlandı

      ADSEA -NİNdaha bir QALMAQALI:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Şəki rayonu ərazisində Şinçay çayında sel və daşqın təhlükəsinə qarşı sahilbərkitmə işləri ilə bağlı yeni satınalma həyata keçirib.
Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, qalib şirkət “AZTİKİNTİSERVİS” MMC olub və tərəflər arasında 2.890.483,44 manat dəyərində müqavilə bağlanıb.

Maraqlıdır ki, əldə etdiyimiz digər məlumata görə, tender qalibi şirkətin dövlətə 17.541,2 manat vergi borcu mövcuddur.

Rəsmi sənədlərə görə, “AZTİKİNTİSERVİS” MMC-nin qanuni təmsilçisi Paşa Papaqçıyev Yusif oğlu, nizamnamə kapitalı isə cəmi 100 manatdır.
Xatırladaq ki, mediada dəfələrlə ADSEA rəhbərliyində ailə-quda münasibətlərinə əsaslanan idarəçilik modeli barədə yazılar dərc olunub. Agentliyin sədri Zaur Mikayılov, aparat rəhbəri Fuad Quliyev və müşavir statusu daşısa da faktiki qərarverici şəxslərdən biri kimi göstərilən Əsəd Şirinovun adı bu iddialarda xüsusi hallanır.
Bir neçə gün öncə yayımlanan materiallarda ADSEA “qudalar agentliyi” kimi təqdim olunmuş, qurumun yarıtmaz fəaliyyəti nəticəsində sel sularının daşması və ölkədə su qıtlığı ilə bağlı problemlərin artdığı qeyd edilmişdi. İndi isə həmin problemlərlə bağlı elan edilən tenderin qalibinin dövlətə borclu şirkət olması əlavə suallar doğurur.(32gün.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam