Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Mingəçevrdi mənzillər necə obyəktə çevrildi? -FOTOFAKT

media-95
Mingəçevirdə yaşayış binasının qanunsuz şəkildə dəyişdirilməsi – Baş memarın məlumatı yoxdurmu?
Yenixeber.org: Sosial şəbəkələrdə Mingəçevir şəhərinin Nəriman Nərimanov küçəsində yerləşən yaşayış binalarına aid bir sıra fotolar yayılıb.
Fotolarda aydın görünür ki, həmin binaların küçəyə baxan fasad hissəsi sökülərək, mənzilin yerində qeyri-yaşayış sahəsi – yəni obyekt yaradılıb.
Ən maraqlı məqam isə odur ki, bu dəyişiklik şəhər İcra Hakimiyyətinin cəmi bir neçə metrliyində baş verib. Lakin Mingəçevir Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri, baş memar Etibar Abdullayevin bu proseslərdən xəbərsiz olduğu bildirilir. Sual yaranır: baş memar həqiqətənmi bu hadisədən xəbərsizdir, yoxsa məlumatlı olsa da, hansısa səbəbdən susur?
Yaşayış binasında bu cür ciddi dəyişikliklər hansı əsasla aparılıb?  İcra Hakimiyyətinin bir neçə addımlığında baş verən bu prosesə niyə nəzarət olunmayıb?  Baş memarın susqunluğunun səbəbi nədir?
Bütün bu suallar cavabını gözləyir.
Qeyd edək ki, Mingəçevirin hazırkı icra başçısı cənab İlham İsmayılovun şəhərdəki fəaliyyəti çərçivəsində bir çox müsbət dəyişikliklər baş verib. Lakin şəhərin mərkəzində, özü də İcra Hakimiyyətinin göz qabağında bu cür qanunsuzluqların baş verməsi görülən işlərə kölgə salır.
Şəhər əhalisi arasında yayılan söz-söhbətlərdə təəccüblə bildirilir ki, necə ola bilər ki, icra başçısının xəbəri olmadan bu cür qanunsuz dəyişikliklər həyata keçirilir? Bu kimi fikirlər bir daha göstərir ki, vətəndaşlar şəffaf və ciddi nəzarət mexanizmlərinin tətbiqinə ehtiyac duyurlar.
Məsələni diqqətdə saxlayır, adıçəkilən şəxslərin fəaliyyəti ilə bağlı daha geniş araşdırma aparacağımızı bildiririk./aranmedia
media-735

Qeyd edək ki,2018-ci ildən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovdur.

Araşdırmamız davam edir…(xalq.online)
media-99media-98media-97media-96media-95media-94media-93

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam