Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Şəkidə Baş Göynük kəndinin “Sənətkarlar evi” nədən yanıb və niyə təmir olunmur -DETALLAR

göynük-med

Şəki rayonun Baş Göynük kəndindən redaksiyamıza verilən məlumatdan aydın olur ki, 1950-ci ildə “Qafqaz” kolxozu dövründə kənd camaatının iməciliklə tikib istifadəyə verdiyi kənd klubu 2016-cı ildə naməlum səbəbdən yanmışdır.

Yenixeber.org: Yanğının hansı səbəbdən baş verməsi də indiyədək sakinlər üçün müəmmalı olaraq qalmaqdadır. Çünki yanğın baş verən zaman klubda işıq və qaz xətti olmamışdır. Əsas məsələ isə son 9 il ərzində Şəki Mədəniyyət İdarəsinin balansında fəaliyyət göstərən “Mədəniyyət evi” adlanan və ( hazırda “Sənətkarlar evi” kimi) fəaliyyət göstərən 300 kv m sahəsi olan klub binası hələ də təmir edilməmişdir. Doğrudur, hadisəsdən 1 il sonra, yəni 2017-ci ildə Bakıdan gəlmiş və özlərini Mədəniyyət Nazirliyinin işçiləri kimi təqdim edən 4 nəfər rəsmi şəxs yanmış “Mədəniyyət evi”nə baxış keçirmiş və yerli əhaliyə də söz vermişlər ki, biz bu məsləni nazirlikdə qaldıracağıq və tezliklə də sizin “mədəniyyət evi”niz daha gözəl və müasir formada bərpa edilərək yenidən kənd sakinlərinin istifadəsinə veriləcəkdir. Kasıb camaat da MN-nin rəsmi qonaqlarına yaxşıca süfrə açıb sonra yola salmışlar. Aradan 9 il keçsə də hələ də Mədəniyyət Nazirliyindən, ya da Şəki-Zaqatala Regional Mədəniyyət idarəsi rəhbərliyi tərəfindən 10000 əhalisi olan, 4000 illik qədim tarixi kəndin mədəniyyət ocağının bərpası məsləsilə maraqlanmamışlar. Yerli sakinlərin sözlərinə görə, “divarının qalınlığı 70 sm olan bu binanın bərpası üçün o qədər də xərc tələb edilmir. Yerli tikinti materiallarından istifadə etməklə də binanın bərpası mümkündür. Təki, Mədəniyyət Nazirliyi cəmi 20-30 min manat pul vəsaiti ayırsa kifayətdir. Biz özümüz babalarımız kimi bu tarixi binanı yenidən olduğu kimi bərpa edə bilərik”.

Biz Baş Göynük kəndinin son 300 illik tarixinə nəzər yetirdikdə məlum olur ki, burada yaşayan insanlar heç bir qorxu-hürkü bilməyən, cəsarətli , mübariz və çox mərd olublar.  Belə ki, 1734-cü ildə Şəki-Qax yolunun 21-ci km-də yerləşən Biləcik kəndi yaxınlığında fəaliyyət göstərən Nadir şahin 100 nəfərdən ibarət töycü yığan dəstəsinin yerli sakinlərə qarşı tətbiq etdikləri zülmlərə qarşı üsyan qaldıraraq bir gecədə onların hamısını fiziki olaraq məhv etmişlər. 1807-ci ildə Baş Göynük kəndinə rəhbərlik edən sərkərdə Sultan Murad yüzbaşı 2 il Çar Rusiyası İmperiyası Şəki xanlığına təyin etdiyi Cəfərqulu xana itaət etməkdən imtina etmişlər. Xanın ilisudan götürdüyü 1100 nəfərlik suvari dəstəsi və mobil toplardan ibarət dəstəsi üsyançıların üsyanını 3 gün döyüşdən sonra yatırmışlar. 1930-cu ilin aprelin 13-də Sovet İmperiyasınn zonadakı ( Balakəndən Ağdaş-Qəbələyədək) hakimiyyətini devirmiş yeni hökumət formalaşdırmışlar. Tarixə “Şəki üsyanı” kimi daxil olmuş bu üsyanı da Stalinin göstərişi əsasında amanzızlıqla yatırmışlar.

Budur, bu gün fakt bundan ibarətdir ki, İran, Çar Rusiyası və Sovet İmperiyalarına qarşı təkbaşına mübarizə aparmış Baş Göynük kənd sakinləri adicə bir “mədəniyyət evi”ndən məhrum edilmişdir. Bu sadəcə Mədəniyyət Nazirliyi rəhbərliyinin yerli sakinlərə qarşı sərgilədiyi hörmətsizlik, etinasızlıq və məsuliyyətsizlikdir. Bəli, biz redaksiya olaraq dəflərlə Şəki Mədəniyyət İdarəsində istər satınalmalarla bağlı, istər təmir-tikinti işlərinə ayrılan vəsaitlərin necə xərclənməsilə bağlı silsilə araşdırma məqalələr yazmışıq. Xatırladaq ki, MN-yi dövlət büdcəsindən ona ayrılan illik vəsaitin təxminən 20 milyon manatı da Şəki Regional Mədəniyyət İdarəsinə ayırır. Bəs bu vəsaitdən heç olmasa ilkin olaraq region müdiri 20 000 manat da Baş Göynük kəndində fəaliyyət göstərən “Sənətkarlar evi” nin binasının təmirinə ayıra bilməzmi? Bilər. Təbii ki, əgər maraq olsa. Bəs bu pulların əsas hissəsi hara xərclənir? Şəki və digər rayon mərkəzlərində yerləşən musiqi məktəblərinin hər il təkrar təkrar təmir işlərinə.

Qeyd edək ki, müəyyən vaxtlarda ölkəmizin hər yerində olduğu kimi Baş Göynük kəndində də prezident, deputat, bələdiyyə seçkiləri keçirilir. Məlum olduğu kimi bu seçkilərdə namizədlər təbliğat-təşviqat kompaniyalarını müəyyən klublarda, mədənəyyət evlərində keçiririlər. Bu əvvəllər Baş Göynük kəndində də belə olub. Lakin son 9 ildir, istər prezident seçkiləri, istərsə də deputat seçkilərində hava şəraitindən asılı olmayaraq təbliğat kompaniyalarını kəndin küçələrində keçirirlər. Bütün bunlar rayon İcra Hakimiyyəti rəsmilərininin, rayon ictimaiyyətinin gözləri qarşısında olur. Lakin təəssüflər olsun nə rayon İcra Hakimiyyəti, nə də Mədəniyyət Nazirliyi bu problemin aradan qalxmasına səy göstərmir.(aktualinfo.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam