Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Meşələrin İnkişafı Xidmətindən “Region Mühəndislik” MMC ilə şübhəli satınalma -DE-FAKTO

etsn-esas

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən 25.04.2025-ci il tarixində “Cəbrayıl rayonunun inzibati ərazisində Qarabağ Meşəçilik və Təlim Mərkəzi (“Ağıllı Tinglik Sahəsi”, “Beynəlxalq Meşəçilik Təlim Mərkəzi” və “Dostluq Meşəsi”) (Baş plan və Sahədaxili kommunikasiyalar)” işlərinin satın alınması ilə əlaqədar dərc edilmiş açıq tenderdə  “Region Mühəndislik” MMC qalib elan olunmuş və həmin şirkətlə 4 204 814,71 manat məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulub. Gözləmə müddəti 20.06.2025-ci il tarixində başlayır və 25.06.2025-ci il tarixində gün sonu bitir. Məlumat satınalmaların portalında 19.06.2025-ci ildə dərc edilib.

Yenixeber.org: Apardığımız araşdırma zamanı məlum oldu ki, bu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti ilə “Region Mühəndislik” MMC arasında bağlanan ilk müqavilə deyil. Meşələrin İnkişafı Xidməti ötən il “Cəbrayıl rayonunun inzibati ərazisində Qarabağ Meşəçilik və Təlim Mərkəzi (“Ağıllı Tinglik Sahəsi”, “Beynəlxalq Meşəçilik Təlim Mərkəzi” və “Dostluq Meşəsi”) (İstinad divarları – dəyişiklik edilmiş layihə)” üzrə işlərin satın alınması üzrə “Region Mühəndislik” MMC ilə 388.258,48 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Maraqlıdır, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin işbirliyində olduğu “Region Mühəndislik” MMC-nin fəaliyyət sferası və sahibi barədə nə kimi məlumatlar var?

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin reyestrinə daxil edilmiş məlumatlarında “REGİON MÜHƏNDİSLİK”   (VÖEN: 1904560421) Məhdud Məsuliyyətli Cəmiyyətinin 30.11.2020-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, SURAXANI RAYONU, HÖVSAN ŞTQ, E.MƏMMƏDOV, ev.4, m.13,  qanuni təmsilçisi kimi isə Rəhimov Hafiz Rəhim oğlu qeyd olunub. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Məmmədov Sabir Abbasəli oğlu olub. MMC-nin hazırkı günə 13 045.77 manat vergi borcu var.

Elektron medianın ötən ilin sentyabrında yaydığı məlumatlara görə “Region Mühəndislik” MMC barəsində siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub. Protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb. Sözügedən maddəyə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000-5000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 -25000 manatadək məbləğdə cərimə edilir.

Apardığımız daha ətraflı araşdırma zamanı məlum oldu ki, “Region Mühəndislik” MMC  son illər “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” publik hüquqi şəxsi tərəfindən keçirilmiş bir neçə açıq tenderin də qalibi olub.

Ağdam rayonunda mobil bazanın salınması işlərinin satın alınması üzrə 1.556.360,96  manat məbləğində satınalma müqaviləsi 01.08.2023-cü ildə bağlanılıb.

Mövcud bazalar üçün inventar və avadanlıqlarla təchiz edilmiş konteynerlərin alınması və quraşdırılması işlərinin satın alınması üzrə 133.247,72 manat məbləğində satınalma müqaviləsi 24.06.2023-cü ildə bağlanılıb.
Qubadlı və Laçın rayonlarında mobil bazaların salınması işlərinin satın alınması üzrə 3.925.473,79  manat məbləğində satınalma müqaviləsi 02.06.2023-cü ildə bağlanılıb.
Açıq mənbələrdə yayılan bu məlumatlrdan da görsəndiyi kimi “Region Mühəndislik” MMC 2023-cü ilin 3 ayı ərzində yalnız Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə ümumi dəyəri 5 615 080 manat olan üç satınalma müqaviləsi bağlayıb. Bu müqavilələr konteynerlərin alınması, mobil bazaların salınması işləri üzrə bağlanılıb. Çox güman ki, “Region Mühəndislik” MMC barəsində sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu məhz bu işlərə görə tərtib olunub. İndi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti zəmanət verə bilərmi ki, “Region Mühəndislik” MMC Cəbrayıl rayonunun inzibati ərazisində görülən işlərdə işçiləri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi ilə çalışdırır?
Qeyd edək ki, Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfovdu. O, bu vəzifəyə 2024-cü ilin yanvarında təyin edilib. R.Əşrəfov bu təyinatadək “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri vəzifəsində çalışıb.(aktualinfo.org)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam