Yenixeber.org: Maləsəf bu faktdır və aşağıda həmin faktlardan birini - Dövlət Su Ehtiyatları Agentliyində baş verməkdə olan TENDER KORRUPSİYASINI təqdim edəcəyik...
Beləliklə... Bu gün keçmiş "Azərsu" – ölkənin su və kanalizasiya infrastrukturuna cavabdeh olan dövlət qurumu – milyonlarla manatlıq layihələri tendersiz şəkildə bir şirkətə verir: "EREN" şirkəti... Bəli... yəqin ki bu şirkət sizlərə tanı gəldi. "Azərsu"nunun əvvəlki rəhbərliyi - Qorxmaz Hüseynovun vaxtında bu şirkətin kəsdiyi başa sorğu-sual yox nidi və sorğusuz-filansız "Azərsu" tenderləri bu şirkətə verilirdi. Çünki az qala ayrılan tender vəsaitinin 20 faizi geriyə "otkad" kimi Qorxmaz müəllimə qayıdırdı. Elə indi də elədir... Qorxmaz Hüseynov yoxdur... amma onun QORXMAZ "EREN" şirkəti var...
Tender keçirilmədən 20 milyon manatlıq layihələr
Son dövrlər 19-20 milyon manatlıq layihələrin tender keçirilmədən, birbaşa Eren şirkətinə verildiyi iddia olunur. Halbuki Azərbaycan bazarında qeydiyyatda olan yüzlərlə şirkət var ki, bu layihələr üzrə həm texniki imkanlara, həm də daha aşağı qiymət təklifinə malikdir.
Lakin onların sənədlərinə baxan belə olmur. Rəqabət sıfırlanır. Ədalət ikinci plana keçir. Və nəticədə – ictimai vəsaitlər yüksək qiymətlərlə xarici şirkətlərə ötürülür.
Köhnə rəhbərlik – köhnə əlaqələr
Məlumata görə, bir neçə il əvvəl "Azərsu"da keçmiş rəhbərlik dövründə "Eren" şirkəti ilə sıx əməkdaşlıq olub. Adları hallanan Qorxmaz və Elman adlı şəxslərin, "Eren" şirkətinə böyük layihələri tender olmadan ötürdüyü deyilir. Məlumata görə, "Eren" şirkəti aldığı pulların 20%-ni onlara geri “təqdim edirmiş. Bu, həmin şirkətin daxili çevrələrində etiraf edilmiş məlumatlar sırasındadır.
Yeni rəhbərlik, köhnə metod
Yenilənmiş rəhbərliklə yollar axtaran "Eren" şirkəti, son 2-ildə yenidən sistemə inteqrasiya olunmağı bacarıb. Və bu dəfə də nəticə dəyişməyib: yenə də bütün böyük layihələr yenidən "Eren"ə verilir.
Layihələrin siyahısı artıq gizli deyil
"DİA-AZ" olaraq araşdırmalarımız nəticəsində ortaya konkret dəlillər də çıxarmışıq. Məsələn, bu günə qədər "Eren" şirkətinin iştirak etmədən aldığı layihələrə aşağıdakılar daxildir:
• Zığ-Hövsan kanalizasiya kollektorü
• Müşfiqabad hövzəsi üzrə gətirici kollektor mikrotunel quyuları
• Xankəndi kollektoru
• Tərtər sol sahil kanalı
• Kəlbəcər infrastruktur layihəsi
və digərləri.
Bu layihələrin əksəriyyəti 50-100 milyon manat arasında dəyərə malikdir.

Sual açıq qalır: Eren kimdir və AXI NİYƏ?
"Eren" şirkətinin rəhbəri Eren Mollaoğlu bu gün Azərbaycanda tender sistemi ilə “öz dilində danışmağı bacaran” biri kimi tanınır. Tender olmadan layihə almaq, istədiyi işi götürmək, rəqibləri kənarlaşdırmaq onun üçün çətin deyil.
Bu vəziyyət yalnız yerli sahibkarların hüquqlarını pozmur, eyni zamanda xalqın büdcəsinin qeyri-şəffaf şəkildə istifadəsinə yol açır.
Hesabatlılıq və şəffaflıq haradadır?
"Azərsu" və digər dövlət qurumları üçün bu sual təkcə hüquqi deyil, həm də mənəvi məsuliyyətdir:
Niyə tenderlər real keçirilmir?
Niyə hər dəfə eyni şirkət qalib olur?
Niyə yerli şirkətlər rəqabətdən kənarlaşdırılır?
Və ən əsası: bu işlərdən kim qazanır? Xalqmı, yoxsa şəxsi maraqlarmı?
VƏ NƏHAYƏT...
Bu yazı bir iddia deyil, görünənlərin və eşidilənlərin səsidir.
Bu ölkədə ədalətli tender sistemi qurulmayınca, ictimai vəsait yalnız seçilmişlərin sərvətinə çevriləcək...
BU DA SON DEYİL...
Bizi izləyin və növbəti yazıda Eren Mollaoğlunun öz dilindən etirafları təqdim edəcəyik. Artıq "Azərsu" tenderlərinin hansı formada təşkil olunduğunu detal-detal biləcəksiniz...(Dia-az)
Bizi izləməyə davam edin...