“Azəriqaz”-da nə baş verir? İşçilər Namiq Məmmədovu üsyan etməklə hədələyirlər -TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi “Azəriqaz” İstehsalat Birliyində söz-söhbətlər bitmək bilmir. "Azəriqaz" İstehsalat Birliyinin Region rəisi, hazırda Lənkəran RQİİ-də işləyən Namiq Məmmədovun idarədə qanunsuzluqları haqqında yazı dərc etmişdik.
Yenixeber.org: Redaksiyamıza yeni məlumatlar daxil olub. Keçmiş Azəriqaz əməkdaşları ilə həmsöhbət olduqdan sonra məlum olmuşdur ki, sən demə Namiq Məmmədovun qanunsuzluqlarının sərhədi yazdığımız faktları aşır. Belə ki, keçən ay Lənkəran RQİİ üzrə 7000000 m3 qaz yükləməsi olub, buna görə Namiq Məmmədovu Lənkərana gəlməməsi ilə hədələyirlər. Belə ki, Ağsu RQİİ-də işləyən vaxt haqsız yerə Göyçaydan 3, İsmaylıdan 3, Ağsudan 1 işçi Namiq Məmmədov tərəfindən işdən çıxarılmışdır. Lakin, həmin işçilərin hamısı işdən qanunsuz çıxarılmaları ilə bağlı məhkəməyə müraciət ediblər. Onların hər biri məhkəməni udub işlərinə bərpa olunublar.
Azəriqazın bir neçə əməkdaşını N. Məmmədov haqsız yerə işdən çıxararaq onların yerinə ödənişli formada öz adamlarını qoyub. Buna görə həmin işçilər baş ofisin qarşısına gedib haqlarını tələb edəcəklərini deyiblər. Əsasən Masallı və Cəlilabad Xidmət Sahələri üzrə vətəndaşlar üsyan edəcəkləri ilə Namiq Məmmədovu hədələyirlər. Bunun isə üstünü Cəlilabad Xidmətində işləyən və Namiq Məmmədov tərəfindən işdən uzaqlaşdırılan Fuad adlı işçi açıb.
Həmçinin qeyd edilir ki, 2018-ci ilin may ayında Göyçaya sel gəlməsi nəticəsində rayonda körpülərdən biri uçmuşdur. Körpünün üstündə 219 mm-lik boru ilə şəhər təbii qazla təmin edilirdi, boru körpü uçması nəticəsində qılırıb. 105 metr 219 mm-lik, 70 metr 159 mm-lik boru gecə ilə Namiq Məmmədov tərəfindən satılmışdır.
Adının açıqlanmasını istəməyən şikayətçi qeyd edir ki, 2019-cu ilin noyabr və dekabr aylarında Ağsu RQİİ üzrə sənayə sayğaclarının göstəriciləri silinib,müəssilərdən nağd pul alınıb, çatışmayan qaz həcmi əhali sayğaclarına yüklənib, həmin aylardan sonra debitor borc region üzrə 5 milyon manat artmışdır. Bunun arxasında isə Cahid Hüseynov durduğu bildirilir.
Son olaraq redaksiyamıza gələn məlumata görə 2020-ci ilin 8 mart günü (Namiq Məmmədovun anadan olan gün) Göyçayda yerləşən “Bir İnci” restoranına gedərkən Namiq Məmmədov rayonda fəaliyyət göstərən vəzifəli bir şəxsi( şəxsin hüquqlarını pozmamaq üçün ad çəkmirik) şəxsi avtomobili ilə vurmuş (Toyoya Prado) və hadisə yerindən qaçmışdır. Maşında başqa bir xanımın da olduğu bildirilir.
Namiq Məmmədov haqqında aldığımız məlumata görə Səlyan RQİİ-nə Namiq Məmmədov rəis təyin olunanda əsas məqsəd Cahid Hüseynov və Ruslan Əliyevin ortaq istixana biznesinə nəzarət etməsi olub. Həmin ərəfədə həmin istixanalarda havayı qaz yandırılmış, əhali sayğacları süni yüklənmişdir.
Namiq Məmmədovu bu qanunsuzluqlarına kimlər, niyə göz yumur bilmirik amma aldığımız məlumata görə Namiq Məmmədovu uzun müddət öz qohumu Azəriqaz İB də şöbə rəisi Şəhriyar Babayev himayə edib.(busaat.az)
Namiq Məmmədova haqqında yazılan şikayətlərə cavab haqqı tanıyırıq