Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Anar Quliyev axı hansı keyfiyyətlərinə görə BU MƏNSƏBDƏDİR?.. -Hələ nazir olacağı da deyilir...

Anar Quliyev qərar imzaladı
Deyəsən icra hakimiyyətlərini qanunsuz tikintiləri çoxaltmağa həvəsləndirən Şəhərsalma və Arxitektura Komitəsi (ARXKOM) ilə Fövqəladə hallar Nazirliyidir (FHN).

Yenixeber.org: Xatırladaq ki, hələ 2022-ci ildə ARXKOM sədri Anar, Quliyev jurnalistlərə müsahibəsində demişdir ki, "Azərbaycanda rayon icra hakimiyyətləri Fövqəladə Hallar Nazirliyinə müraciət etməklə, qanunsuz tikintilərin qarşısını almalıdır.Əgər hər hansı tikinti işini qanunauyğun davam etdirmək mümkün deyilsə, o, sökülməlidir".
Halbuki, 2021-ci ildən bu günə qədər dəfələrlə ARXKOM və FHN-nə paytaxtın Sabunçu, Suraxanı, Binəqədi, Nizami, Xəzər və digər rayonlarında aparılan saysız-hesabsız qanunsuz tikintilər barəsində rəsmi sorğular göndərmişik. Lakin, hər dəfəsində də hər iki qurum şablon cavablar göndərməklə məsuliyyətdən yayınaraq, həmin tikintilərin başa çatdırılmasına sanki qəsdən şərait yaradıblar.
Yeri gəlmişkən, 12 mart 2025-ci il tarixində Xəzər rayonu, Binə qəsəbəsi, Zahid Zahirli küçəsi, Osmanlı küçəsi, Əli İsazadə küçəsi, Hüseyn Cavid küçəsi, döngə 5 və digər ünvanlarda qanunsuz tikinti işlərinin aparılması barəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Xəzər rayon icra hakimiyyəti, Əmlak Məsələləri Dövlət Xidməti və FHN-nə rəsmi sorğular göndərmişdik. Adları çəkilən qurumlardan yalnız biri - ARXKOM tərəfindən redaksiyamıza aprel ayının 7-də göndərildiyi qeyd olunan, lakin bugünlərdə gəlib çatan cavab məktubunda, məlumatların araşdırılması üçün Xəzər rayon icra hakimiyyətinə göndərildiyi və 7 gün ərzində redaksiyamızın cavablandırılması yazılmışdır.
Məktub Xəzər icra hakimiyyətinə göndərilən aprelin 7-si, bu gün də mayın 6-sı. Hələ də Xəzər icra hakimiyyəti və digər qurumlar susmaqda davam edirlər.
ARXKOM isə hər zamankı kimi "şablon" məktubla, "səndən yar, sənə yar, şikayətim var" taktikası ilə "sudan quru çıxmağa" cəhd etdi.
Maraqlıdır, bəs iki ay müddətində Anar Quliyevin özünün açıqlamasında dediyi qanuni prosedurlar niyə həyata keçirilmədi?
Nəinki iki ay, heç 4 il müddətində belə Sabunçu rayonu Sabunçu qəsəbəsi Qambay Vəzirov küçəsində neft şirkətinə məxsus ərazidə qanunsuz inşa edilmiş 3 mərtəbəli iaşə obyekti barəsində də ARXKOM eyni taktika ilə kənarda dayandı.
ARXKOM sədri Anar Quliyev qanunsuz tikintilərlə bağlı məsuliyyətdən yayınmağı bacardığı kimi, adını yerli mətbuatda "tərtəmiz" saxlamağı da mükəmməl bacarır.
Ölkə başçısı Anar Quliyevə etimad göstərib vəzifəyə təyin edib, həmçinin aprel ayının 25-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək 13-cü sessiyasının (WUF13) milli koordinatoru təyin edilməsi barədə Sərəncam imzaladı. Sərəncama əsasən, milli koordinator Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Adil oğlu Quliyev təyin edildi. İndi də belə bir şayiə gəzir ki, onun Ekologiya və Təbii Sərvətlər naziri təyin olunacağı gözlənilir.
5 illik rəhbərlik fəaliyyəti dövründə kifayət qədər qanunsuzluğa göz yuman sədri bəlkə də bu qədər "yoran" eyni zamanda paralel olaraq Azərbaycan Oxatma Federasiyasının prezidenti, koordinator vəzifələrini də icra etməsidir.
Maraqlıdır, Anar Quliyevə eyni zamanda fərqli vəzifələrin həvalə olunması hansı məqsədləri daşıyır, yaxud hansı səbəbdən qaynaqlanır?
Onun boş vaxtı daha çoxdur deyə, yoxsa məsuliyyətli məmur olduğu üçün?
Nəinki paytaxt, ümumiyyətlə ölkə ərazisindəki saysız-hesabsız qanunsuz tikintilərə nəzər saldıqda səbəbin ikinci variant (məsuliyyət) olmadığı aydın görünür. Aylardır sosial mediada Suraxanı, Sabunçu, Xəzər, Binəqədi, Səbail, Nizami və digər ərazilərdə aparılan qanunsuz tikintilərin görüntüləri paylaşılır, amma ARXKOM da başda olmaqla, bir dənə aidiyyatı qurum məsələyə nə müdaxilə edir, nə də aydınlıq gətirirlər.
Belə olan halda ölkə vətəndaşlarının böyük əksəriyyəti qurum rəhbərlərindən əllərini üzərək, media vasitəsilə ölkə başçısına şikayətçi olmaqda haqlı görünürlər. Çünki, ölkə başçısının etimad göstərib vəzifəyə təyin etdiyi məmurların çoxu vəzifəsini layiqincə yerinə yetirməyi bacarmır, ya da bəlkə məqsədli şəkildə düzgün icra etməyib, insanların dövlətə olan inamını, güvənini sarsıdır, hakimiyyətdən küsdürməyə çalışırlar.
Amma atalar deyir, "yaman günün ömrü az olar". Ümid edirik ki, ölkə başçısı ən qısa zamanda bu kimi məsələlərə də vaxt ayıracaq və rəhbər vəzifələrə təyin etdiyi şəxslərin fəaliyyətini nəzərdən keçirib, "saf-çürük" edəcəkdir.(DogruXeber.az)
Mövzunu davam etdirəcəyik.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam