Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Daşkəsən İcra Hakimiyyəti 250 min manatı neyləyib? -DE-FAKTO

media-73

Daşkəsən İcra Hakimiyyəti 2024-cü ildə bir neçə tender elan edərək, rayonda bəzi yenidənqurma və abadlıq işləri həyata keçirəcəyini elan etmişdi.

Yenixeber.org: Həmin tenderlərin qalibləri və ayrılacaq vəsaitlər də bəllidir.

Lakin məlum olub ki, bağlanılmış müqavilələrə əsasən Daşkəsəndə qeyd edilən işlərin heç bir görülməyib. Belə ki, “Nur General Suppler” MMC ilə mal və materialların alınması üçün dekabrın 11-də 17783 manatlıq satınalma müqaviləsi imzalanıb. Bundan əvvəl isə, yəni ötən ilin noyabrında “Star Təmir Construction” MMC ilə Daşkəsən şəhərində mənzil fonunun əsaslı təmiri məqaəsdi ilə razılaşma əldə olunub. Bunun üçün 43478 manatlıq müqavilə də imzalanıb.

Həmin şirkətlə ötən ilin dekabrında Daşkəsəndə yolların əsaslı təmiri üçün də iki müqavilə bağlanılıb. Birinci tender üzrə şirkətə 85 min 819 manat, ikinci tender üzər isə 74589 manat pul ayrılıb.

Maraqlıdır ki, parallel olaraq Daşkəsən İcra Hakimiyyətə “Rəz” MMC ilə də mal və materialların alınmasına dair anlaşıb. 22 min 831 manatlıq satınalma müqaviləsi bağlanılıb.

Maraqlıdır ki, sözügedən İcra Hakimiyyəti bu ilin aprelin əvvəlində Daşkəsəndə abadlıq işlərinin həyata keçirilməsi üçün layihə-smeta sənədlərinin hazırlanması barədə tenderə yekun vurub. “Az-Arxitektura” MMC-yə bu məqsədlə 7 min manatdan bir qədər çox pul ayrılıb.

İşin qəribə tərəfi odur ki, Daşkəsən İcra Hakimiyyəti ötən il görülməli olan işlərin heç birini reallaşdırmayıb. Bu azmış kimi, ötən ilə aid olan işlər üçün layihə-smeta sənədlərini bu il hazırlatdırıb.

Xatırladaq ki, Daşkəsənin icra başçısı Orxan İrşad oğlu Abbasovdur. O, bu vəzifəyə 15 iyul 2024-cü ilə təyin edilib.(tribunainfo.az)

media-844

media-724

media-723

media-722



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam