Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayevanın 6 mart 2025-ci il tarixində “Azərtac”a müsahibəsində bildirmişdir ki, “Qrant müsabiqələrində şəxslər deyil, QHT layihələri qiymətləndirilir”.
Yenixeber.org: Ancaq təssüf ki, QHT Agentliyinin qrant müsabiqəsinin nəticələri elan olunduqdan sonra siyahıya diqqətlə baxdıqda görürük ki, əksinə QHT Agentliyi qrant müsabiqələrində QHT layihələri deyil, şəxslər qiymətləndirir.
Belə olmasaydı QHT Agentliyi əvvəllər olduğu kimi bu ildə müsabiqənin nəticələri olan siyahıda təşkilat sədrlərinin adlarını da yazardılar. Belə ki, Millət vəkili Tənzilə Rüstəmxanlının “Azər-Türk Qadınlar Birliyi” (25.000 AZN), Millət vəkili Naqif Həmzəyevin “Dünya Azərbaycanlıları Gəncləri İB” (18.000 AZN), Millət vəkili Vüqar İsgəndərovun “Qeyd-Sosial Maarifləndirmə İB” (8000 AZN), Millət vəkili Mehriban Vəliyevanın “İnsan Alverinə Qarşı mübarizə Təşkilatı İB” (10.000 AZN), Millət vəkili Məlahət Həsənovanın “İnnovativ təşəbbüslərə Dəstək” İB (10.000 AZN), YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyovun “Sosial-İctimai Marrifləndirmə” İB (9.000 AZN), Sosial Tədqiqatlar Mərkəzinin Aparat rəhbəri Sahib Məmmədovun “Vətəndaşların Əmək hüquqları Müdafiəsi” İB (19.000 AZN), Efiopiyanın fəxri konsulu Səfiri Ceyhun Ələkbərov “Soyqrım həqiqətlərinin tanıdılması” İB, Mədəniyyət nazirliyinin şobə müdiri (Gənclər Fondunun keçmiş şöbə müdiri) Seymur Hüseynovun “Qlobal sahibkarlıq Şəbəkəsi Azərbaycan” İB, Millət vəkili, QHT Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənovun bir neçə QHT- si, Pedeqoji Kollecin direktoru, QHT Agentliyinin Müşahidə Şurasının üzvü, İsrail İsgəndərovun “Ümid” Sosial İnkişafa Yardım İctimai Birliyi, QHT Agentliyinin Müşahidə Şurasının üzvü Nürədidin Mehdiyevin bir neçə QHT-si (“Virtual Qarabağ İnformasiya KommunikasiyaTexnologiyaları Gənclər” İB, “Üfiq” Gənclərin İnkişafı naminə İB) və.s Ən paradoksalı isə bu yaxınlarda özünü buraxan, ləğv edən, Dövlət Turizm Agentliyində casus şəbəkəsi quran “İnternational Transperance” Təşkilatının icraçı direktoru Əliməmməd Nuriyevə QHT Agentliyinin ən yüksək məbləğini 31.000 AZN verilib.
QHT Agentliyinin direktoru Aygün Əliyeva öz rəfiqələrinə (Məsələn, Firuzə Cəlilova və.s) qrantlar ayırır. Agentliyin aparatına Prezident Administrasiyasının sektor müdiri Tural Əliyevin qohumları (Məsələn, Nilufər Əhmədova və.s) və Aygün Əliyevanın rəfiqələri qanunsuz formada işə götürülüblər./gundemxeber.az/