Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Biləsuvarda “ağ qızıl” əməliyyatı:RİH başçısının adı hallanır

media-8888

Ötən gün Biləsuvar rayon Əsgərabad bələdiyyəsi ilə bağlı şok doğuracaq qısa məlumat vermişdik.

Yenixeber.org: Belə ki, bələdiyyə sədri Mirəşrəf Mirsultanov vəzifə səlahiyyətlərini aşaraq bələdiyyə mülkiyyətində olan örüş torpaq sahələrini çəkinmədən oğlu Mirmahir və qudası “P-Agro” MMC-nin direktoru Şakir Sultanova satmışdır. Baş verən olaylar Biləsuvar rayonunda və Əsgərəbad kəndində böyük narazılıqla qarşılanıb. Örüş torpaqlarının üzərində pambıq tədarükü məntəqəsi və MMC-yə məxsus pambıq emalı zavodu tikilmişdir. Bələdiyyə sədri M. Mirsultanov oğlu Mirmahir və oğlunun qaynatası Şakir Sultanov könd sakinlərinin haqlı narazılıqlarını qəbul etmir və əlavə olaraq öz qanunsuz əməllərini davam etdirirlər. Saxta bələdiyyə sənədləri ilə emal zavodu ilə pambıq müqavilələri bağlamış, olmayan pambıqları təhvil vermişdilər. Bir faktı qeyd edək ki, qudalar saxta yollarla küllü miqdarda pul vəsaitini şəxsi hesablarına köçürüblər. Maraqlı məqam ondan ibarətdir ki, həmin vəsaitin bir hissəsi dövlətdən ayrılan sübsiyadır. Bununlada adı hallanan şəxslər cənab prezident İlham Əliyevin min bir əziyyətlə hesabına topladığı dövlət büdcəsinə xəyanət edib. Təbii ki, məsələ ilə əlaqədar hüquq mühafizə orqanları, bir sözlə Baş Prokurorluq dərindən araşdırmalıdır.

Nəzərinizə çatdıraq ki, sıradan bir bələdiyyə sədri heç bir halda dövlətə bu qədər zərbə vurmaq imkanında deyil. Apardığımız araşdırmaları zamanı məlum oldu ki, bələdiyyə sədrinə Biləsuvar RİH başçısı Faiq Qurbətov və birinci müavin Azər Cəfərli himayədarlıq etməklə yanaşı, bələdiyyə sədrini qanunsuz yola davam etməyə vadar edir.(dosye.org)

Ardı var…

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam