Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

"VEST-LTD" QSC-nin 12 milyon AZN-lik vergi borcu üzə çıxdı -Eldar Əzizovun sadiq kadrı ilə də 37 milyonluq müqavilə bağlayacaq

           

"VEST-LTD" QSC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxıb.

Yenixeber.org: Əldə etdiyimiz məlumata görə sözügedən QSC-nin hazırki vergi borcu 12 milyon manata yaxındır. (11891188.48AZN)

Bildirək ki, nizamnamə kapitalı 2050 AZN olan "VEST-LTD" QSC-nin qanuni təmsilçisi ŞAHİN VERDƏLİYEV ƏLİMƏRDAN Oğludur. 

Araşdırma etdiyimiz zaman "VEST-LTD" QSC-nin ötən ilin son ayında *Bakı Dövlət Universiteti ilə "Bakı Dövlət Universitetinin ərazisində köhnə yarımstansiya binasının sökülməsi, ərazinin inşaat tullantılarından təmizlənərək abadlaşdırılması və yaşıllıq zolağının salınması işlərinin satınalınması" ilə bağlı 11.500 AZN-lik, 

*Elə həmin vaxtda Təhsil Nazirliyinin təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ilə  Mebel inventarlarının satınalınmasına görə, 17.981.180,51 AZN-lik, 

*Azərbaycan Respublikası Milli Arxiv İdarəsi ilə "Azərbaycan Respublikası Milli Arxiv İdarəsində (Bakı şəhəri Həsən Bəy Zərdab küçəsi, 593 ünvanında yerləşən Dövlət Arixvlərinin binasında) aparılacaq əsaslı təmir işlərinin" satın alınması ilə bağlı 671.902,74 AZN-lik müqavilə imzalayıb. 

Hazırda Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin  Bakı şəhəri, Yasamal rayonu, Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni park) və ətraf ərazilərin abadlaşdırma işlərinin satın alınması ilə bağlı elan etdiyi tenderi qalibidir. Onlar arasında yaxın zamanda 37.230.105,82 AZN-lik müqavilə bağlanacağı gözlənilir.

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin isə Nizamnamə kapitalı 2050 AZN qanuni təmsilçisi Verdəliyev Şahin Əlimərdan oğludur.

"VEST-LTD"  QSC-nin isə Nizamnamə kapitalı 100  AZN qanuni təmsilçisi Əliyev Abit Sadiq oğludur.

Maraqlıdır ki, dövlət qurumunun iri məbləğli tenderlərində qalib seçilən “Şans Construction” MMC haqqında açıq mənbələrdə heç bi məıumat yoxdur. Hətta şirkətin əlaqə nömrələrinə və internet saytına rast gəlinmir. Bu isə şirkətin maddi-texniki bazası haqqında məlumatları əlçatmaz edir.

Xatırladaq ki, yerli mediada gedən məlumatlara görə, Eldar Əzizov sadıq kadrıdır.(32gün.az) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam