Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Mahir Abbaszadənin rəhbərlik etdiyi fond diqqət çəkdi -Bir gündə 10 AZN-lik şirkətlərlə 2 milyon manatlıq "alış-veriş"

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ötən ilin dekabrında diqqətçəkən tender müqavilələri imzalayıb.

Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, maraqlı məqam sabiq deputat Mahir Abbaszadənin rəhbərlik etdiyi fondun cəmi 1 gündə 2 milyon manatlıq müqavilə bağladığı şirkətlərlə bağlıdır.

Belə ki, hər iki şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır.

1. "LEQO GROUP" MMC

  • Satınalma predmeti: Əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili çərçivəsində icmalar üçün müxtəlif avadanlıqların alınması
  • Məbləğ: 1.250.003 AZN
  • Qanuni təmsilçi: Mehman Orucov Anar oğlu
  • Nizamnamə kapitalı: 10 AZN

2. "ALIZADEH GROUP" MMC

  • Satınalma predmeti: Reinteqrasiya tədbirlərinin təşkili çərçivəsində fərdi sahibkarlıq subyektləri üçün avadanlıqların satın alınması
  • Məbləğ: 700.023,2 AZN
  • Qanuni təmsilçi: Əli Əlizadə Rasim oğlu
  • Nizamnamə kapitalı: 10 AZN
  • Dövlət qeydiyyatı tarixi: 10.11.2021

Araşdırmalar göstərir ki, "ALIZADEH GROUP" MMC bu müqavilədən cəmi bir ay əvvəl, noyabr ayında da eyni məbləğ və eyni satınalma predmeti üzrə fondla analoji müqavilə bağlayıb.

Milyonlarla manatlıq tenderlərin 10 manatlıq şirkətlərə verilməsi ciddi suallar doğurur. Bu müqavilələrin hansı meyarlarla bağlandığı və şirkətlərin bu sifarişləri icra etmək üçün real potensiala sahib olub-olmadığı sual altındadır.(32gün.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam