Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Aqil Babayevin Ali Məhkəmə baxışına qarşı yeni plan:gizli görüş, məxfi anlaşma…

Redaksiyamıza mötəbər mənbədən daxil olan məlumata əsasən, Aqil Babayevin cinayət işində adları hallanan əsas iştirakçılar Natiq Sadıqov, Anar Aslanov və onlarla əlbir olan Vüqar Tağıyev bir araya gələrək Babayevin Ali Məhkəmə işinə əngəl törətmək məqsədi ilə növbəti provakasiya xarakterli plana əl atmağa çalışırlar.

Yenixeber.org: Bununla bağlı sızan məlumata görə, mütəşəkkil dəstənin üzvləri bu dəfə Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimovun qardaşı Mətin Kərimliyə yol taparaq onun vasitəsi ilə Ali Məhkəmə işinə müdaxilə etməyə cəhd  göstərirlər. Mətin Kərimli ilə apardıqıları ilkin sövdələşmədə bu planın icrasının detallarını danışmaq məqsədi ilə fevral ayının 17-nə canlı görüş təyin etmişlər.

Dəstənin məqsədi Mətin Kərimli vasitəsi ilə qardaşı İnam Kərimovun Ali Məhkərmədə baş tutacaq proseslərə müdaxiləsini təmin etmək və bununlada Aqil Babayevə qarşı apardıqlar məkrli kampaniyanı öz xeyirlərinə yekunlaşdırmaq istəyidir. Aqil Babayevə qarşı törədilən cinayət əməlinin iştirakçılarının gələcəkdə məsuliyyətə cəlb olunması fonunda, bu onların atdıqları radikal addımlardan biri kimi dəyərləndirilə bilər. Müvafiq hüquq mühafizə orqanlarının xüsusi nəzarətində və ictimayyətin diqqət mərkəzində olan işə hər hansı bir qanunsuz müdaxilə dərhal qınaq predmetinə çevrilmək təhlükəsindədir və qanun çərçivəsində müvafiq məsuliyyətin tətbiqinə gətirib çıxarması qaçılmazdır.

Cinayət əməllərini ört basdır etmək istəyən mütəşəkkil dəstənin hələ də qanun çərçivəsində məsuliyyətə cəlb olunmaması və bununla da onların cəzasızlıqından cürətlənərək, Azərbaycan Respublikasının ali qurumlarının məmurlarını belə öz məkrli məqsədlərində istifadə etmələrinə qədər gətirib çıxarıb. Görünən odur ki, öz qanunsuz əməllərində sərhəd bilməyən və bütün səyləri ilə qanuni məsuliyyətdən yayınmağa çalışan bu cinayətkar dəstənin özbaşınalığı bitmək bilmir. Aqil Babayevin ailə üzvləri və müdafiəçiləri bir daha ölkə rəhbərliyinə və müvafiq hüquq mühafizə orqanlarına müraciət edərək bu mütəşəkkil dəstənin dərhal qarşısının alınıb məsuliyyətə cəlb olunmasını tələb edir.

Mətbuat qurumu olaraq dəstənin özbaşınalığını və məmurların vəzifə hüquqlarından sui istifadə hallarının qarşısını almaq məqsədi ilə bu faktları dərhal ictimayyət və dövlət rəhbərliyinə çatdırmağı öz vəzifə borcumuz olaraq davam etdirəcəyik.(anaxeber.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam