Rusiyadan heyvan idxalında monopoliya yaradan, iki dəfə tutulan Dadaş Şükürov kimdir? -Sensasion adlar...
Yenixeber.org: Azərbaycanda son illər iribuynuzlu heyvanların idxalı ilə bağlı ciddi bir inhisarçılığın hökm sürdüyü haqda həyəcan təbili çalınır. İş adamları, fermerlər, bu sahə üzrə fəaliyyət göstərənlər iddia edirlər ki, yaranmış vəziyyət dana ətinin qıtlığına səbəb olmaqdadır. Çünki inhisarçılıq, monopoliya halları həm də defisitə gətirib çıxarır. Xüsusən də Rusiyadan iribuynuzlu heyvanların idxal edilməsi ilə bağlı problemlər səslənməkdədir. Bildirilir ki, monopoliya yaradılması səbəbindən göndərilən sorğulara Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən cavab verilmir. Bu da birbaşa inhisarçılıqla əlaqələndirilir. Məsələ ilə bağlı Anaxeber.info-ya təfsilatı ilə məlumatlar verilib. Qeyd olunur ki, hazırda iribuynuzlu heyvanların idxalı ilə bağlı monopoliya yaradan kommersiya strukturu "Full - D" şirkətidir. Şirkətin sahibi Dadaş Şükürovdur. D. Şükürovun rəhbərlik etdiyi firma qonşu ölkədən mal-heyvan idxalını həyata keçirir. Ölkə üzrə bu idxalın reallaşdırılması üçün başqa şirkətlərə şərait yaradılmır və AQTA ciddi məhdudiyyət yaradır. Yeri gəlmişkən, Dadaş Şükürov təkcə "Full - D" şirkətinə rəhbərlik etmir, o cümlədən "Aqrora", "Aqromed" və "Aqrounion 2024" firmalarının da ona məxsus olduğu xəbər verilir. Məlumat üçün onu da vurğulayaq ki, Dadaş Şükürov Laçın rayonunun Cicimli kəndindəndir. O da bildirilir ki, onun dövlətə 1.4 milyon manat vergi borcu mövcuddur. Bundan əlavə, o, 2003-cü ildə həbs edilib. İş adamı 308.2 və 177.3.2 maddələri ilə ittiham olunub. Bu maddələr üzrə məhkəmə onu 7 il azadlıqdan məhrum edib. Eyni zamanda, o da deyilir ki, Dadaş Şükürov 2017-ci ildə yenidən həbs edilib. Bu dəfə Pirallahı rayonundakı neft kəmərlərini satmaq ittihamı ilə saxlanıb. İndisə biznes fəaliyyəti ilə məşğul olan Dadaş Şükürov Rusiyadan mal-heyvan idxalına görə inhisarçılıq yaratmaqda ittiham edilir. Lakin onun təkbaşına bu işlərin öhdəsindən gəlmədiyi vurğulanır. İddialara görə, Dadaş Şükürova himayədarlıq edən iki əsas və böyük güc var - biri professor, milyarder İlham Rəhimovun Azərbaycandakı işlərini görən Teyyub Hüseynov, digəri isə professorun oğlu, Xaçmaz Gömrük İdarəsinin rəisi Pərviz Rəhimovdur. Həmçinin, Dadaş Şükürova dəstək verən tərəflərdən birinin də AQTA sədrinin müavini Balarəhim Quliyev və baş baytar Qalib Əbdüləliyev, eləcə də AQTA-nın Sumqayıt regional idarəsi rəisi olduğu deyilir. Bir sözlə, "Full - D" yüksək səviyyədə aldığı dəstək hesabına iribuynuzlu heyvanların idxalında monopoliya "kralı"na çevrilib. Göründüyü kimi, həm gömrük, həm qida sektorundan mühüm himayəsi var. Amma idxal edilən heyvanların virus, xəstəlik daşıyıcısı olub-olmadığını müəyyən etmək çətindir. Ona görə də gömrük orqanlarında və AQTA-da ciddi dəstəyə malikdir. Həmçinin, professorun yaxın adamının da ona dayaq olması bu biznesi genişləndirməsinə səbəb olmaqdadır. Bununla belə səslənən iddiaları dəqiqləşdirmək, media prinsiplərinə uyğun olaraq qarşı tərəfi dinləmək üçün yazıda adı keçən bütün şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.(anaxeber.info)