Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

ATF bir həftədə ikinci tenderi qazandı -Göyçayda milyonluq küçə təmiri

 

Bir neçə gün əvvəl Ağsu Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderdə qalib olan ATF MMC daha bir sifariş alıb. 

Yenixeber.org-un məlumatına görə, şirkət bu dəfə Göyçay Rayon İcra Hakimiyyətinin Göyçay şəhərinin küçə və dalanlarında asfalt örtüyünün əsaslı təmir işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. 

İcra Hakimiyyəti ilə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 063 558,4 manatdır. 

Məlumat üçün deyək ki, Ağsu Rayon İcra Hakimiyyətinin tenderi yolların təmiri ilə bağlı olub. ATF MMC eyni vaxtda təmir işlərini həyata keçirə biləcəkmi? Bu sualın cavabı açıq qalır. Çünki maddi-texniki bazasının hansı səviyyədə olması bəlli deyil. Bu barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. 

ATF MMC 23 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Göyçay rayonunun Çayarxı kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Muradov Təbriz Əzim oğludur. Şirkətin adı Təbriz Muradov və qardaşları Azad Muradovla Fəxrəddin Muradovun adının baş hərflərinin birləşməsidir. 

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevdir. O, 2022-ci ildən rayona rəhbərlik edir. (Qaynarinfo)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam