Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Başsiz qalan Cəlilabad meşələri -FOTOFAKT


Redaksiyamıza bir neçə gün öncə Cəlilabaddan şikayət daxil olmuşdur ki,  "Göytəpə  meşəbəyliyinin  12 saylı meşə  dolayında adları "Qırmızı Kitab"a daxil edilmiş ağac cinsləri,  elə oranın gözətçisi hansıki əvvəllər meşə gözətçisi vəzifəsindən  Əmək Məcəlləsinin  70-ci maddəsinin  "ç" bəndi ilə işdən çıxmış Xaləddin Salayev tərəfindən işlik material kimi  kəsilərək mebel sexlərinə daşınır.

Yenixeber.org: Amma bizim araşdırmamızda məlum olub ki,  həmin dolayda 2024-cü il üçün qırma sahəsi ayrılmağına baxmayaraq,   hələ bu günə kimi həmin qırma sahəsi açılmayıb,  yəni ordan qırma üçün nəzərdə tutulan ağaclar kəsilməyib. 
Eyni zamanda onu da qeyd edirik ki ,  sözügedən ağaclar şəkilərindən göründüyü kimi,  tam sağlam və seçmə ağac cinsləridir,   heç üzərində nə nömrə , nə də damğaları vardır!!
Şikayətçilərin bildirdiyinə görə,  "Qara bazar"da işlik materialın (kruqluyakın) bir kub metri 300 manatdır.
"12 saylı dolayda  "yaşıl soyqrım" gedən ərazilər el arasında  "Şakir qoruğu" kimi tanınan  ,  Vənlik kəndinin arxası,   
 "Qəhrəman" deyilən yerin güneyi, dağda evlərin yuxarısı."- deyə, şikayətçilər bildirir.
Aldığımız məlumata görə,  Xaləddin Salayev bu soyqırımı tam arxayıncasına həyata keçirdir,  bir sözlə gözətçisi olduğu meşənin qəsdinə durub.
P.S. Görünür aidiyyatı dövlət qurumların başı COP29 tədbirinə  qarışdığı bir vaxtda  bəzi işbazlar bu  fürsətdən kifayət qədər  istifadə edib yararlanırlar.
Cəlilabad meşələrindəki araşdırmamız davam edir.(qaynarxeber.az) 
Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam