Redaktor seçimi
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Deputatlığa namizəd Məşhur Məmmədovun Nyu-Yorkda milyonluq villası:
"Retro” istirahət mərkəzi, şadlıq evləri, avtomobil biznesi... -
Günün xəbəri

Çarçarovlar çoxsaylı şirkətlər təsis edib qısa müddətdə tenderlərdə qalib olublar -SİYAHI


Quba Rayon Psixonevroloji Reabilitasiya Mərkəzi “Asrol LL 2024” MMC və “Avsom 2024” MMC adlı şirkətlərlə satınalma müqaviləsi imzalayıb.
Yenixeber.org: Quba Rayon Psixonevroloji Reabilitasiya Mərkəzi bu müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.

Müqavilənin şərtlərinə görə, “Asrol LL 2024” MMC Quba Rayon Psixonevroloji Reabilitasiya Mərkəzinin sifarişi əsasında bu quruma mətbəə malları, “Avsom 2024” MMC isə digər mallar satacaqlar və şirkətlərin hər biri 5 min manat alacaqlar.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan hər iki şirkət bu ilin aprel ayında dövlət qeydiyyatına alınıb. “Asrol LL 2024” MMC-nin qanuni təmsilçisi Çarçarov Elnur Rafiq oğludur. “Avsom 2024” MMC-nin qanuni təmsilçisi isə Çarçarova Aynur Rafiq qızıdır.
Çarçarov Elnur Rafiq oğlunun qanuni təmsilçi olduğu başqa bir şirkət – “YULAS SM” MMC isə 2 nömrəli Bakı Baza Tibb Kollecinə 30 min 962 manat dəyərində avadanlıqlar satacaq.
Onu da bildirək ki, barələrində açıq mənbələrdə heç bir məlumat olmayan bu şirkətlərdən başqa eyni tarixlərdə, fərqli ünvanlarda Elnur Çarçarov və Aynur Çarçarovanın qanuni təmsilçi olduğu çoxsaylı şirkətlər təsis olunub.
Çarçarovların qanuni təmsilçi olduğu şirkətlərdən bəziləri bunlardır:
"Asrol LL 2024" MMC (VÖEN: 1806650761) – Çarçarov Elnur Rafiq oğlu;
"Safmeren LN 2024" MMC (VÖEN: 1506750211) – Çarçarov Elnur Rafiq oğlu;
"Zanbar RR" MMC (VÖEN: 1605439601) – Çarçarov Elnur Rafiq oğlu;
"Samares LM" MMC (VÖEN: 1506721271) – Çarçarov Elnur Rafiq oğlu;
“Avsom 2024” MMC (VÖEN: 1506753401) – Çarçarova Aynur Rafiq qızı;
"Ayazen 2024" MMC (VÖEN: 1506750191) – Çarçarova Aynur Rafiq qızı;
"Azeforn RN" MMC (VÖEN: 1506750061) – Çarçarova Aynur Rafiq qızı;
"Simoder LM" MMC (VÖEN: 1506749951) – Çarçarova Aynur Rafiq qızı;
"Kanera AS" MMC (VÖEN: 1506721421) – Çarçarova Aynur Rafiq qızı.
(yeniavaz)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam