Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Beyləqan icra hakimiyyətinin yanında qanunsuz oyekti kim tikir? -VİDEO


İş adamı Qəhərman Qəhəmanov idarərə rəisi Arzu Bəndəliyev ilə birləşərək qanunsuz obyektini böyüdür
Yenixeber.org: Beyləqandan redaksiyamıza daxil olan məlumata görə rayon İcra Hakimiyyətinin yaxınlığında qanunsuz obyekt inşa edilir. Belə ki, vaxtı ilə iş Qəhrəman Qəhərmanov tərəfindən tikilmiş Leon restoranın yanında əlavə tikili inşa edilir. Bildirilir ki, iş adam Qəhrəman Qəhrəmanov yeni icra başçısı Əziz Əzizovla münasibətlərinin yaxşı olmasından istifadə edərək qanunsuz tikintisini davam etdirmək qərarına gəlib. Məlumata görə Qəhrəman Qəhrəmanova dəstəyi Beyləqan Kommunal Təsərrüfat Birliyinin rəisi Arzu Bəndəliyev verir. Yeni icra başçısı Əziz Əzizova ən yaxın məmur Arzu Bəndəliyev sayılır. Qohum və həmyerli olmaları Arzu Bəndəliyevə geniş imkanlar açıb. Məlumata görə Qəhrəman Qəhrəmanov yaxın ətrafına bildirib ki, Əziz Əzizov Beyləqan İcra Hakimiyyətinin binasının təmirini ona tapşırıb və buna görədə artıq başçının ən yaxın adamı mənəm. Digər məlumatda isə idda edilir ki, Qəhrəman Qəhrəmanov rayon İcra Hakimiyyətinin binasını öz vəsaiti hesabına ona görə təmir edir ki, gələcəkdə Beyləqan şəhərinin abadlaşdırılmasınının tenderi onun şirkətinə verilsin. İndi isə Qəhrəman Qəhrəmanov icra başçısı Əziz Əzizovla münasibətlərdən istifadə edərək İcra Hakimiyyətinin 100 metrliyində açıq-aşkar qanunsuz obyekt tikir.
Məsələ ilə bağlı araşdırmamız davam edir.(patriot.az)
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam