Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Üç polisin qətlinə səbəb: Kərəm Həsənovun adamı Rüstəm Şahbazovun qardaşı…..-ARAŞDIRMA

Yenixeber.org: Paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib və ov tüfəngi ilə 3 polis əməkdaşını, bir mülki şəxsi qətlə yetirib.(Allah rəhmət elesin)

Rövşən Allahverdiyevlə bağlı redaksiyamıza maraqlı faktlar daxil olub.

Redaksiyamıza verilən məlumatına əsasən, Rövşən Allahverdiyevin axtarışana səbəb olan və şikayətçi A. Dadaşov Sumqayıt şəhəri, Koroğlu küçəsi, Əmlak Komitəsinin Sumqayıt şöbəsinin yaxınlığında yerləşən 0.68 ha boş torpaq sahəsini uzun müddətə icarəyə götürmək istəyi haqda ona bildirib.

Rövşən Allahverdiyev A. Dadaşovu Şahbazov Teymur Adıgözəl oğlu ilə onu tanış edirək məsələni həll edəcəklərini bildiriblər və ondan 236 min manat pul alıblar.

Teymur Şahbazov Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun qardaşıdır.


Teymur Şahbazov qardaşının adından və mövqeyindən sui-istifadə edərək, A.Dadaşovu aldadıb. A.Dadaşov sözlərinə görə, aldadlığını bildikdə polisə müraciət edib. Rövşən Allahverdiyevlə bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi açılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci maddəsinin 2.1, 2.2, 3.4-cü hissələri ilə ittiham irəli sürülüb.
Məlumata əsasən aldadılan şəxs pulunu Teymur Şahbazovdan ala bilmədiyi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazova müraciət etsədə heç bir nəticə əldə olunmur. Qeyd edək ki,Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov məsələdən xəbərdar olsa da heç bir tədbir görüməyib.

Bildirir ki, Rüstəm Şahbazov 2006-cı ildən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilib .2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə çalışır.


Qeyd edək ki, Rüstəm Şahbazov Əmlak Məsələləri Dövlət Komitəsinin keçmiş sədri Kərəm Həsənovun kadrı olub. 2019-ci ildə Kərəm Həsənov Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri təyin edildikdən sonra da Rüstəm Şahbazova himayəsini kənarda qoymayaraq onu 2020 -ci ildə vəzifəsini qoruyub saxlaya bilib.

Mətbuatda Rüstəm Şahbazovun Kərəm Həsəovun himayəsi ilə hektarlarla torpaqları, dövlət əmlakları özəlləşdirilməsi ilə bağlı müxtəlif şikayətlər dərc olunub.(xalq.az)

Adı çəkilənlərin fikirlərini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam