Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Yeni vəzifəyə gətirilən Adıgözəlovun "uğur hekayəsi"nin arxasında kim dayanır? -DE-FAKTO

Yeni vəzifəyə gətirilən Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?

O, qardaşının Agentlik rəhbəriliyinə gətirilməsilə paralel klub rəhbərliyindən federasiya rəhbərliyinə yüksəlib
Yenixeber.org: Azərbaycanda vəzifəli şəxslərin yaxın qohumlarının müxtəlif vəzifələrə gətirilməsi və iştirak etdiyi sektorlarda sürətlə irəliləməsi ənənə halına çevrilib. 
Adətən, bu şəxslərin kimliyinə dair detallar qapalı saxlanılır.
Yeni vəzifəyə gələn şəxslərin profilinin ictimaiyyətə açıqlanmayan tərəflərini təqdim edirik:  Maqsud Adıgözəlov
Aprelin 2-də ölkə futbolunun inkişafına yeni nəfəs verməyi vəd edən AFFA-nın təzələnmiş İcraiyyə Komitəsinin üzvləri müəyyənləşib. 
Üzvlər arasında bir yeni sima da var: Maqsud Adıgözəlov.
Gələcək illərdə Azərbaycan futbolunda əsas söz sahiblərindən biri olacaq Maqsud Adıgözəlov əsasən "Sabah” Futbol Klubunun prezidenti kimi tanınır.
Maqsud Adıgözəlov İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlovun qardaşıdır. 
Seymur Adıgözəlov isə "Paşayevlərin kadrı” kimi tanınır. 
O, 2023-cü il mayın 22-dək "Paşa Holdinq”ə məxsus "Food City Agropark” MMC-nin baş icraçı direktoru olub. 
featured-image-38713
Bir çox fəaliyyət istiqamətləri üzrə böyük şirkətləri özündə birləşdirən "Paşa Holdinq” Azərbaycan Prezidenti İlham Əliyevin ailəsinə məxsusdur.
Agentlik rəhbərinin qardaşı, AFFA-nın İcraiyyə Komitəsinin yeni üzvü Maqsud Adıgözəlov həm də 2023-cü ildən Azərbaycan Klublar Komitəsinin sədridir. Onun AFFA-nın İcraiyyə Komitəsinə namizədliyini "Sabah” Futbol Klubu verib. 
Rəsmi dövlət reyestrindəki məlumatlardan aydın olur ki, Maqsud Adıgözəlov həm də "Sabah” Futbol Klubunun qanuni təmsilçisidir.
Seymur Adıgözəlovun qardaşının futbol sahəsində karyera pillələrilə irəliləməsində hansı rolu oynadığı aydın olmasa da, hadisələrin eyni zaman diliminə təsadüf etməsi bu barədə düşünməyə əsas verir. 
Adıgözəlovlardan birinin dövlət agentliyi rəhbərliyinə, digərinin isə AFFA-ya gətirilməsi arasında vaxt fərqi qardaşların arasında olan 1 illik yaş fərqindən də qısa çəkib.("Abzas Media”)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam