Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

“Anasına deməmişik, o, hələ də oğlunun yolunu gözləyir” –Jurnalist qulağı kəsilən tacik terrorçunun evində oldu

 

Moskvadakı “Crocus City Hall” terror aktından sonra tacik miqrantlar ailə üzvləri ilə birlikdə kütləvi şəkildə vətənlərinə qayıdırlar. 

Yenixeber.org xəbər verir ki, hazırda Düşənbəyə uçan təyyarələr tacik qastrabayterlərlə dolu olur.

Rusiyalı jurnalist isə saxlanılan zaman qulağı kəsilmiş tacik terrorçu Səidəkrəm Rəcəbəlizodənin (Murodəli) izi ilə Tacikistanın Vəhdət şəhərinə yollanıb. Məlum olub ki, Rusiyaya qazanc dalınca getməzdən öncə Rəcəbəlizodə şəhərdəki tikinti bazasında bir ilə yaxın fəhlə işləyib.

Bazadakı sürücülər onunla bağlı sualları eşidəndə gülümsəyiblər. Məlum olub ki, Tacikistanın xüsusi xidmət orqanları onların hamısını ifadə verməyə məcbur edib. Sürücülər bildiriblər ki, Rəcəbəlizodəni yaxşı tanımırlar. Hətta onun Vəhdətdən 10 kilometr uzaqlıqda yerləşən Qurxurda kəndində yaşadığını teraktdan sonra öyrəniblər.

“Lövhələr və sement torbaları daşıyırdı. Heç kimlə dostluq etmir və məxsusi bir keyfiyyəti ilə digərlərindən seçilmirdi”.

Hazırda Rəcəbəlizodənin ata evində yalnız qoca anası qalıb. O, arvadını və uşaqlarını Rusiyaya getməzdən əvvəl qohumlarının evinə yerləşdirib. Bu barədə terrorçunun əmisi danışıb:

“Anasına heç nə deyilməyib. Ürəyinin buna dözməyəcəyindən qorxuruq. O, televizora baxmır və hələ də işləmək üçün Moskvaya gedən oğlunu gözləyir. Bu necə baş verdi? Sakit görünürdü. Narkotik və ya spirtli işki qəbul etmirdi. Orduda xidmət etməyib. Onun əlində silah tutduğunu görməmişdim”.

O, qohumunun yad cərəyanların təsiri altına düşə biləcəyi versiyası ilə razılaşıb.

Rəcəbalizodanın əmisi və qardaşı terror aktından dərhal sonra Tacikistan xüsusi xidmət orqanları tərəfindən aparılıb və dindirilmədən sonra sərbəst buraxılıblar. Hazırda əmi qorxur ki, jurnalistlərlə ünsiyyəti ona zərər verə bilər.

Rusiyalı jurnalist onun ata evini yaşıl rəngli, hündür damlı birmərtəbəli kasıb evi kimi təsvir edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam