Redaktor seçimi
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Günün xəbəri

Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunun şübhəli TENDER əməliyyatları -DE-FAKTO

         Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunun şübhəli TENDER əməliyyatları - FOTO
Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutu 2023-cü ilin dekabr ayının 15-də "Maşın və avadanlıqların satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.
Yenixeber.org: Bu satınalmanın məbləği 43.060 manat, qalibi isə "AKASİYA RR CORP" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1506535021) olub.


"AKASİYA RR CORP" MMC İnstitutun sözügedən satınalmasından iki ay əvvəl - 2023-cü ilin oktyabr ayının 2-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli ev 57 ünvanı, qanuni təmsilçisi isə Həsənov Murad Əkbər oğludur.

"AKASİYA RR CORP" MMC-nin fəaliyyət profili, maddi-texniki bazası, müvafiq lisenziyaları, faktiki ünvanı barədə açıq internet resurslarında məlumat yoxdur.
Həsənov Murad Əkbər oğlunun təsisçisi olduğu daha bir təşkilatla - "KASKAD-DEN GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1806467141) ilə Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutu arasında 2023-cü ildə daha bir satınalma müqaviləsi imzalanıb.
Belə ki, İnstitut 2023-cü ilin noyabr ayının 17-də "Bioloji aktivlər" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. Bu satınalmanın məbləği 22.760 manat təşkil edib. Satınalmada yuxarıda qeyd edilən kimi "KASKAD-DEN GROUP" MMC qalib elan edilib.

"KASKAD-DEN GROUP" MMC Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunun 2023-cü ilin dekabr ayının 15-də "Maşın və avadanlıqların satınalınması" lotu üzrə keçirdiyi satınalmada qalib elan etdiyi "AKASİYA RR CORP" MMC ilə eyni tarixdə - 2023-cü ilin oktyabr ayının 2-də qeydiyyata alınıb.

Şirkətin hüquqi ünvanı başqa (Sabunçu rayonu, Eldar Xəlilov ev 3) olsa da, qanuni təmsilçisi eyni şəxsdir - Həsənov Murad Əkbər oğlu.
Bu şirkətin də fəaliyyət profili barədə heç bir məlumat verilmir.
Eyni tarixdə yaradılan, qanuni təmsilçisi eyni şəxs olan MMC-lərin Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunun sifarişçi olduğu satınalmalarda qalib gəlməsi bir sıra suallar yaradır.
Məsələ ilə bağlı Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutundan mövqe öyrənmək istəsək də, qarşı tərəf bu barədə danışmaq istəmədi.
Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunda auditin nə zaman aparılması ilə bağlı Hesablama Palatasından mövqe öyrəndik.
Hesablama Palatasının açıqlamasında deyilir:
"Hesablama Palatası tərəfindən 2022-2023-cü illərdə Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunda audit aparılmamışdır".
Qeyd edək ki, Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutu 1977-ci ildən fəaliyyət göstərir.
İnstitutunun 8 şöbəsi, 4 laboratoriyası var.
Xatırladaq ki, Üzümçülük və Şərabçılıq Elmi-Təqdiqat İnstitutunun direktoru Vüqar Səlimovdur.(Qlobal.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam