Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Zirvə"də mənşəyi bilinməyən ət

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) yanvarın 12-də Suraxanı rayonun Qaraçuxur qəsəbəsi, Şərq massivində yerləşən "Zirvə" kolbasa məmulatları sexində reyd keçirib.
 

Xeberinfo.com:   DBNX-nın mətbuat xidmətindən verilən xəbərə görə, reyd nəticəsində mənşəyi məlum olmayan, qida üçün keyfiyyəti və yararlığı şübhə doğuran, haradan alınması və sağlamlığı barədə baytarlıq arayışı olmayan  675 kq toyuq farşı, 200 kq heyvan mənşəli farş, 450 kq toyuq filesi, 120 kq toyuq budu, 780 kq sümüksüz toyuq əti, 450 kq qarışıq toyuq əti, 49 kq toyuq qanadı aşkarlanıb. 
 
Məlumatda qeyd olunub ki, mənşəyi məlum olmayan, sağlamlığı şübhə doğuran məhsullardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib: “Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam