Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"8-ci kilometr bazarı"nda mənşəyi məlum olmayan toyuq əti satılır- VİDEO

"8-ci kilometr bazarı"nda mənşəyi məlum olmayan toyuq əti satılır

 

Bakıda "8-ci km. bazarı"ndakı ət mağazalarında toyuq əti açıq halda satılır və üzərində mənşəyi, istehsalı ilə bağlı məlumatlar yoxdur. Vətəndaşların bir çoxu bu toyuq ətlərini sağlamlığa təhlükə sayırlar

 

Yenixeber.org: Ukraynadan və bilmədikləri firma tərəfindən gətirildiyini bildirirlər. Harada istehsal olunduğu, son istifadə tarixi məlum olmayan toyuqlar hər gün vətəndaşlara satılır. Vətəndaşların bəziləri bu toyuqları alsalar da, əksəriyyəti açıq satılan toyuq ətindən istifadə etmədiklərini deyirlər.

Məsələ ilə bağlı Bakı şəhər Baytarlıq İdarəsindən verilən məlumata görə, markasız halda, mənşəyi məlum olmayan toyuq ətlərinin satışına görə İnzibati Xətalar Məcəlləsində hansısa cərimə nəzərdə tutulmayıb. Ancaq şikayət daxil olarsa, həmin obyektə baxış keçirilir və sahibkara xəbərdarlıq edilir. Bu məsələdə əsas vəzifə isə vətəndaşların üzərinə düşür. Belə ki, vətəndaşlara tanınma nişanı olmayan, istehsal və son istifadə tarixi bəlli olmayan toyuq məhsullarını almamaq tövsiyə olunur.

Mövzu ilə bağlı daha ətraflı Xəzər TV-nin videomaterialını təqdim edirik:

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam