Ağsu RİH yenə də "HUSEYNLI PARTNERS ARCHITECTURE AND CONSTRUCTION" MMC-ni seçdi –İLGİNC
Ağsu rayon İcra Hakimiyyəti daha bir tenderə yekun vurdu
Yenixeber.org: 2023-cü ildə Ağsu şəhərinin küçələrində zibilxanaların cari təmiri və zibil konteynerlərinin qoyulması işləri "HUSEYNLI PARTNERS ARCHITECTURE AND CONSTRUCTION" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edildi. Tərəflər arasında bu gün- 04.12.2023-cü il tarixdə bağlanan müqavilə ilə Ağsu rayon İcra Hakimiyyəti 58.242,56 manat dövlət vəsaitini "HUSEYNLI PARTNERS ARCHITECTURE AND CONSTRUCTION" MMC-nin hesabına köçürməli olacaq. Qarışılığında da Ağsu şəhərinin zibil problemi həllini tapmalıdır…
Xatırladaq ki, bu əməkdaşlıq Ağsu rayon İcra Hakimiyyəti ilə "HUSEYNLI PARTNERS ARCHITECTURE AND CONSTRUCTION" MMC arasında ilk deyil. Belə ki, 2021-ci ilin dekabr ayının 30-da Ağsu rayon İcra Hakimiyyətinin Ağsu rayon nümayəndəliyi də "HUSEYNLI PARTNERS ARCHITECTURE AND CONSTRUCTION" MMC ilə "Ağsu şəhər Nümayəndəliyinin İnzibati binasında və 1 saylı körpələr evi - uşaq bağçasında cari təmir işləri - Otaqlarda yararsız lineniumun sökülməsi " lotu üzrə müqavilə bağlayıb. Bu satınalmanın məbləği 21.819 manat olub.
"HUSEYNLI PARTNERS ARCHITECTURE AND CONSTRUCTION" MMC 2021-ci ildə təsis edilib. "HUSEYNLI PARTNERS ARCHITECTURE AND CONSTRUCTION" MMC-nin hüquqi ünvanı Ağsu rayonundan uzaqda - Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal ev 52 ünvanında olsa da, şirkətin qanuni təmsilçisi heç də uzaqda deyil.
Yenixeber.org-un araşdırması ilə məlum olub ki, "HUSEYNLI PARTNERS ARCHITECTURE AND CONSTRUCTION" MMC-nin qanuni təmsilçisi 1992-ci il təvəllüdlü Ağsu rayon sakini Hüseynli Şaiq Ağaməli oğludur.
"HUSEYNLI PARTNERS ARCHITECTURE AND CONSTRUCTION" MMC-nin də maddi-texniki bazası, müqavilə ilə çalışan işçilərinin sayı, sahib olduğu lisenziyalar və ən əsası da internet üzərindən hər-hansı əlaqə vasitələrinə rast gəlinmir(?)
Baxmayaraq ki, "Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununun müvafiq maddələri ilə satınalan tərəfin bəlli öhdəlikləri vacib sayılır...