TƏBİB rəhbərliyinin Elgizin Reablitasiya Mərkəzində baş verənlərdən xəbəri yoxdur..?  
Biz bir media olaraq dövlət, millət marağı kəsb etməyən, yəni prinsipial olmayan məsələdə güzəştə gedə bilərik. 

Yenixeber.org: Ancaq dəfələrlə bəyan etdiyimiz kimi millətin talehi, gələcəyi ilə qumar oynayanlara, alver edənlərə qarşı heç vaxt mövqeyimizdən geri çəkilən deyilik. Ona görə də əxlaqsızlıq yuvalarına, narkotacirlərə və digər anti-milli  fəaliyyət sahələrinə qarşı həmişə barışmaz mövqedəyik. Bu bizim neçə ildir dəyişməyən fəaliyyət proqramımızdır. Kimlərsə bizi qınaya da, ittiham da edə bilər, bizə təhdid-hədə-qorxu gələnlər də ola bilər və var...amma biz onlara qarşı  mübarizəmizi dayandıran deyilik. Buna əmin ola bilərsiniz. Açığını deyək ki, Elgiz kimilər bizim üçün bir mübarizə predmeti deyil, əsas məsələ onların millətin gələcəyini məhv etməsidir... 
Axı, bu gün müstəqil, milli dövlətimiz var, onun dövlət qurumları var, hüquq-mühafizə orqanları var, Səhiyyə Nazirliyi var, TƏBİB-i var, Korrupsiyaya qarşı Mübarizə İdarəsi var   və s. Bütün bunların olduğu halda Elgiz kimdir ki, dövlətə buynuz göstərir, dövlətə meydan oxuyur, başına minlərlə narkomanı yığaraq, az qala dövlətin içində dövlət yaradıb... Yəqin ki, diqqətli oxucularımız  söhbətin “Həyat üçün Şans” Reabilitasiya Mərkəzinın təsisçisi və sahibi Elgiz Şirinovdan getdiyini bildilər.  
Qısa xatırlatma üçün qeyd edək ki, Elgiz Şirinov və arvadı narkotik asılılığı  olanları müalicə etmək adı altında ağır cinayət  əməlləri ilə məşğul olurlar. Elgiz Şirinov kişiləri, arvadı isə xanımları  guya müalicə edirlər. Əslində isə vəziyət  tam başqadır. Elgiz  Şirinov başına 2500 narkomanı toplayıb, özünü muzdlu dəstənin başçısı kimi aparır. Elgiz Şirinov ölkədə tanınan, nüfuzlu və imkanlı şəxslərin uşaqlarının siyahısını tutub, onları tora salmağın, mala otuzdurmağın, valideynlərindən külli miqdarda pul almağın planlarını cızıb və tapıb... Elgiz Şirinovun  arvadı isə Abşeronda Reabilitasiya Mərkəzi yaradıb və imkanlı, vəzifəli şəxslərin qız-gəlinlərini orada, guya, müalicə edir... 
Təsəvvür edirsiniz vaxtilə dost-tanışdan 5 manat pul dilənən bu dilənçi ər-arvad indi milyonlara sahibdirlər, narkotiklərin hesabına Yasamal rayonu, Nazim Hikmət küçəsindəki evini 100 min manata təmir etdirib, 200 min manata maşın alıb, 1 milyona bağ evi axtarır və s. Yəni Elgiz və arvadı 5-10 qram narkotik satan xırda alverçi deyillər, bunlar gündə bəlkə neçə kiloqram narkotik vasitələri, narkomanlara verməklə öz işlərini bitmiş hesab edirlər. Ona görə də tam məsuliyyətlə deyirik ki, Elgiz Şirinov və onun dəstəsi həbs olunarsa, ölkədəki  iri narkoticarət, narkotacirlər müflis olacaq. 
Bütün bunlar azmış kimi Elgiz Şirinov Reablitasiya Mərkəzində özü üçün şəxsi həbsxana, kars, cəza dəstəsi, əməliyyat qrupu yaradıb. İstədiyi pasiyenti döymək, cəza vermək, asmaq, suda boğmaq burada adi hal alıb. Kimsə sifariş verirsə, Elgiz Şirinovun əməliyyat qrupu gedib həmin şəxsi zorla özünün düzəltdiyi “polis maşınına” soxub Reabilitasiya Mərkəzinə gətirir. Bəli, Elgiz Şirinovun özünə məxsus “polis maşını” da var. Yəni bu adam açıq-aşkar dövlətə meydan oxuyur. Hazırda bu cinayətkar dəstə ilə bağlı Abşeron Polis İdarəsində təhqiqar, istintaq getdiyi üçün biz bəzi məsələlərə toxunmaq istəmirik. Amma bir neçə vacib məsələni xüsusi olaraq vurğulamaq istəyirik. Elgiz hər yerdə deyirdi ki, polislərə aylıq haqq verirəm. 
Bu məsələ ciddi araşdırılmalıdır. Digər vacib məqam odur ki, heç bir tibbi təhsili olmayan bu ər-arvada lisenziyanı kim verib..? Əgər varsa, görəsən TƏBİB-in rəhbərliyi bu boyda cinayət əməllərini görmür..? 
Bu istiqamətdə araşdırmamız davam edir. Bizi izləyin. Və Elgizin əməllərindən zərərçəkənlərə deyrik ki, gecikmədən Abşeron polisinə müraciət edin.
P.S. Həə Elgiz Şirinov, məsələnin üstü açılır. Deyəsən az müddət öncə, ört-basdır etdiyin cinayət işi Apellyasiya Məhkəməsində daha dərindən araşdırılacaq. Çox güman ki, dəmir barmaqlıqlar arasına vaxtından əvvəl düşəcəksən.(Gundelik-bakı.com)