Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Komitə ilə İctimai Şuranın üzvü arasında daha bir müqavilə - 412 min manatlıq tender

 Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi sifarişçi olduğu növbəti satınalmaya yaekun vurub. 
Yenixeber.org: Mərkəzin "Laçın rayonunun Kürdhacı kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işləri”nin və "Laçın rayonunun Ərikli kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işləri”nin satın alınması lotu üzrə sifarişçi olduğu satınalmanın məbləği 412.250 manat, qalibi isə "BUREAU MÜHİT" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
 
 
"BUREAU MÜHİT" Məhdud Məsuliyyətli Cəmiyyəti 2021-ci ilin iyun ayının 16-da təsis edilib. Şirkətin hüquqi ünvanı Xətai rayoni, Məhəmməd Hadi küçəsi ev 82, mənzil 3 ünvanı, qanuni təmsilçisi isə Bayramov Toğrul Şahin oğludur. 
"Bureau Mühit” MMC-nin rəhbəri Bayramov Toğrul şahin oğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuranın üzvüdür.
Qeyd edək ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 2022-ci ildə sifarişçi olduğu satınalmada "Bureau Mühit” MMC qalib elan edilib. 
Belə ki, Mərkəzin 2022-ci ilin aprel ayının 28-də yekun vurduğu satınalmada "Bureau Mühit” MMC üç lot üzrə - Laçın rayonunun Şəlvə kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması (292.247 manat), Kəlbəcər rayonunun Zar kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması (365.800 manat) və Cəbrayıl rayonunun Xudafərin qəsəbəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması (185.000 manat) - qalib elan edilib.(qlobal.az)  
Cahandar Laçınlı 
 




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam