Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Deputatın qurduğu şirkət məhkəməyə verildi - “Paşa Holdinq”lə eyni ünvandadır -DE-FAKTO

Azərbaycanın aparıcı şirkətlərindən biri olan “Avromed Company” QSC (VÖEN – 1500166751) barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati protokol tərtib edilib.
Yenixeber.org: “Avromed Company” QSC barəsində tərtib olunan protokola Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyilə baxılacaq.

Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsinə görə məsuliyyət nəzərdə tutulur.
Qeyd edək ki, əczaçılıq məhsullarının idxalı ilə məşğul olan “Avromed Company” QSC 20.12.2001-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 57 min manat olan QSC-nin hüquqi ünvanı əvvəllər Nizami rayonu, Nizami Abdullayev, ev 47-də yerləşib. Hazırda QSC-nin hüquqi ünvanı ölkənin aparıcı holdinqlərindən olan “Paşa Holdinq” ilə eyni ünvanda – Neftçilər pr. ev 153-də yerləşir. Şirkətin qanuni təmsilçisi İsgəndərov Kamran İnqilab oğludur. Kamran İsgəndərov ötən ilin fevral ayında şirkətə baş direktor təyin olunub.
Onu da bildirək ki, mətbuatda “Avromed Company” QSC-nin həmtəsisçilərindən birinin millət vəkili Cavanşir Feyziyev olduğu bildirilir. Cavanşir Feyziyevin rəsmi tərcümeyi-halında 2002-2010-cu illərdə “Avromed Company” QSC-nin baş direktoru olduğu göstərilir. 2020-ci ilin dekabr ayında “Avromed Company” QSC-dən verilən açıqlamada qeyd olunub ki, Cavanşir Feyziyev 1 dekabr 2010-cu il tarixinədək “Avromed”in direktoru vəzifəsində çalışıb və 2016-cı ildə şirkətdəki səhmlərini satıb.(yeniavaz.com)

A. Cəfərov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam