Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Vəsilə Abulovanın Naxçıvan xanı ilə şərikli qızıl-brilliant biznesi var? -SENSASİON İDDİA

Vəsilə Abulovanın Naxçıvan xanı ilə şərikli qızıl-brilliant biznesi var? - SENSASİON İDDİA

Bir neçə gün bundan öncə Vəsilə Abulovanın ölkəni tərk etməsi haqqında məlumat vermişdik. Məsələ ilə bağlı Vəsilə xanımın özündən məlumat alıb, olduğu kimi dərc etmişdik. Onun sözlərinə görə işi ilə bağlı ölkədən kənarda olduğunu, ancaq ölkədən çıxma səbəbini isə beynəlxalq tədbirdə olduğu ilə əsaslandırmışdır. Çox maraqldır bu kimi tədbirlər 2-3 gün, maksimum 5 gün təşkil edir. Vəsilə Abulova isə 1 aydan artıqdır ki, ölkədə deyil.

Yenixeber.org: Redaksiyamıza məlumatlı mənbədən Vəsilə Abulova haqqında yeni informasıyalar daxil olub. Mənbə iddia edir ki, adı muxtəlif qaranlıq qalmaqallarda hallanan xanım təkcə 5-6 ilin içində sürətlə varlanmağa başlayıb. Onun Bakının muxtəlif yerlərində dəyəri yüzminlərlə olan mükləri, maşınları, regionlarda bağ evləri hətta dəyəri 1 millyondan yuxarı olan şəxsi villasının olmasıdır. Görünən budur ki, bir gün onun da növbəsi çatacaq və hüquq-mühafizə orqanlarının xanım milyonçunun qapsını döyəcəyi gözləniləndir.

       Vəsilə Abulova
Mənbə iddia edir ki, Vəsilə xanımın topdağıtmaz sərvəti təkcə ölkədə olmaqla kifayətlənmir. Onun ölkədən kənarda - Gürcüstanda, Türkiyədə də biznesiləri var. Mənbənin verdiyi ilginc məlumat budur ki, o hətta qızıl, briliant alveri ilə məşğuldur. Yəni mütəmadi olaraq Dubaydan ölkəyə qızıl, briliant gətirir. Bir sözlə ölkəyə gətirilən bir sıra qızıl ziynət əşyalarının başında dayanır. Sözü gedən biznesə isə bu yaxınlarda adı xalqın millyardlarını talamaqla yerli KİV in gündəmindən düşməyən Naxçıvan xanı Vasif Talıbov və ona yaxın olan şəxslərlə ortaq iş qurmasında hallanır.
Yerli KİV Vəsilə Abulovanı bəzi məmurlara bağlasa da özü dəfələrlə deyib bu mənim xeyrimədir məni gözə görünməyən mələklər qoruyur. Maraqlısı budur ki, onu tələm-tələsik ölkədən çıxamasına kim və necə yardımçı olub? Bəlkə həqiqətən də onun gözə görünməyən qoruyucu mələkləri var? Bəs kimdir o gözə görünməz qüvvələr və ya mələklər?
Redaksiyamıza daxil olan iddialarla bağlı Vəsilə Abulova ilə əlaqə saxladıq. Onun şəxsi nömrəsinə zəng çatmadığı üçün facebook şəxsi messengerinə yazdıq və yazmağımıza peşman olduq ki, Vəsilə xanım bizi özü göndərdiyi dostluqdan özü çixararaq bizi onun haqqında həqiqəti yazmamaqda suçladı. Halbuki biz bir jurnalist normativlərinə uyğun olaraq Vəsilə xanıma ölkəmizi hansı ölkədə, Beynəlxalq tədbirdə, hansı təşkilat olaraq təmsil etdiyini soruşmuşduq. Məqsədimiz isə Vəsilə xanımın ölkəmiz üçün gördüyü önəmli işləri qabartmaq və əsla ona qarşı qərəzimizin olmadığını sübut etmək idi. Görünən budur ki sözü gedən xanım yenə də bizi yanlış anladı və bizə ironiya ilə cavab verdi. Ən əsası da ona verilən əsas sualları cavablandırmadı.
Siz məni tanımadan bu yazıları mənim haqqımda necə yaza bilirsiz axı? Həqiqətən bir insan kimi anlamıram sizi? Mən başqa söz deməyəcəm və işlərinizdə uğurlar arzu edirəm adınız kimi İnşallah bir gün Azerbaycan reallığını əks etdirərsiniz kimi ittihamlar səsləndirərək mesaja cavab verməkdən imtina edib.
Biz Vəsilə xanım kimilər barəsində hansısa sifarişli yazılar dərc etsəydik yüzminlərlə oxucusu olan xəbər saytı kimi onunla əlaqə saxlamağa cəhd etməzdik biz bir xanıma mədəniyyət və etika numayiş etdirib onun mövqeyini öyrənməyə çalışdıq.("Azərbaycan Reallığı")

Biz bu yazıdakı iddialarla bağlı yenidən Vəsilə xanımın cavab haqqını tanıyırq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam