Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Binəqədi polisi “terrorçuları” belə yaxalayır-DE-FAKTO

 
Yenixeber.org: Bir ay əvvəl Bakı məktəblərindən birinin yeddinci sinif şagirdi Mehdi (adı dəyişdirilib) polisin diqqət obyektinə çevrilib. Buna səbəb saxta ünvandan göndərilən anonim elektron məktub olub. Paytaxtın Binəqədi rayonunda yerləşən Baku İnternational School-a ünvanlanmış məktubda Mehdinin bu məktəbi partlatmağa hazırlaşdığı iddia olunurdu. Bu zaman yeniyetmənin mobil telefon nömrəsi də göstərilmişdi.

Elə həmin gün axşam Mehdi valideynləri ilə birlikdə Nəsimi rayon polis idarəsinə çağırılıb, burada araşdırma aparılıb. Məlum olub ki, məktubu hansısa Qazaxıstan vətəndaşı yazıb. Mehdi  guya WhatsApp  yazışmasında öz planları haqqında ona danışıb. Lakin yazışmanı tədqiq edən polislər ittihamların təsdiqini tapmayıblar.

Elə həmin gün axşam Binəqədi rayon 5-ci polis bölməsində də bənzər araşdırma aparılıb. Yazışmaların tədqiqi də Mehdinin kimə isə belə bir plan haqqında danışdığını və ya yazdığını təsdiq etməyib.

Yeniyetmə öz ifadəsində deyib ki, məktubu kimin yazdığını bilir və bunun səbəbini izah edib: özü kimi yeniyetmələrdən ibarət internet qrupunun üzvü olarkən Mehdi onlardan biri – Qazaxıstan sakini ilə mübahisə edib. Mübahisəyə Qarabağda müharibə ilə əlaqədar Azərbaycanın ünvanına təhqirlər səbəb olub.

Həqiqi vətənpərvər olan Mehdi bu təhqirlərə lazımi cavabı verib və rəqibini bloklayıb. Mehdidən intiqam almaq qərarına gələn Qazaxıstanlı yeniyetmə Bakıdakı məktəbin ünvanına yalan məktub göndərib.

Nəsimi rayon Polis İdarəsində və Binəqədi rayon 5-ci polis bölməsində araşdırmalar bütün bunları təsdiq edib. Nəsimi rayon Dövlət Təhlükəsizlik Xidməti də eyni nəticəyə gəlib.

Bununla belə, Binəqədi rayon Polis İdarəsi Mehdinin aprelin 11-də yenidən valideynləri ilə birlikdə dindirməyə çağırıb.

Müstəntiq Ramil Qabulov iddia edib  ki, Mikayıl  bu məktubu yazıb və “uşagın əməlində cinayət tərkibi var, gəlib ifadə verməlidir”.

 Valideynlərin iş materialları ilə tanış olmaq və belə bir şey olmadığından əmin olmaq təklifinə cavabda narazı müstəntiq, əvvəlki ifadələri vərəqləyib və yenidən tələbini təkrar edib. Əks halda “başqa tədbir görüləcək”.

“Digər yeniyetmə Mehdinin telefon nömrəsini hardan öyrənib?”, deyə o sual edib. Polis kapitanına WhatsApp-dakı yazışmaların telefon nömrələri arasında yazışma olduğunu izah etmək lazım gəlib.

“Övladınız niyə siyasətlə məşğul olur?”, deyə müstəntiq daha bir sual verib və ona uşağın bir vətənpərvər kimi davrandığını, kiməsə xalqını və ölkəsini təhqir etməyə imkan vermədiyini təkrar etmək lazım gəlib.

Amma, görünür, Binəqədi polisinin vətənpərvərlik haqqında təsəvvürü fərqlidir. Hüquq mühafizəçiləri üçün təxribatçılara inanmaq və telefon terroruna qarşı “mübarizə apardıqlarını” nümayiş etdirərək, formalizmlə məşğul olmaq daha rahatdır.

Müstəntiq Ramil Qabulov Mehdinin zərərçəkmiş şəxs olduğunu dərk etmək istəmir. Yeniyetmə, ittiham olunduğu əməlləri törətməyib və eyni izahları dəfələrlə təkrar etməməlidir. O da ölkəsinin bir vətəndaşıdır və polis nəinki bunu nəzərə almalı, həm də onun hüquqlarını müdafiə etməlidir. Amma, göründüyü qədər, bu Qabulovların borc və vətənpərvərlik haqqında təsəvvürü fərqlidir.

Mehdinin valideynləri

PS. DİN-in mətbuat xidmətindən şərh almaq mümkün olmayıb. Qarşı tərəfin fikrini dinləməyə hazırıq.(Turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam