Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Hacı konyak içə bilərmi? – Video

 

 “QMİ Hacı İbrahim Nehrəmli ilə bağlı fətva versin”

"Xeberinfo.com":  Məlumata görə, Qazaxlı iş adamı Elşad Məmmədov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəyə müraciət edib.
O, Hacı İbrahim Nehrəmlinin Hacılıqdan məhrum edilməsini istəyib.
Moderator.az-a açıqlama verən Elşad Məmmədov buna səbəb kimi İbrahim Nehrəmlinin yayımlanan video müsahibəsində hər səhər konyak içməsini etiraf etməsidir:
"Müqəddəs torpaqları ziyarət etmiş bir şəxsin nümayişkaranə şəkildə ekranlara çıxaraq “hər səhər konyak içirəm” deməsi nə dərəcədə düzgündür? Mən QMİ sədri Hacı Allahşükür Paşazadəyə müraciət edirəm, Hacı konyak içə bilərmi?
Bunla bağlı da açıqlama versinlər. Avopa Oyunları ilə bağlı məlumat yayaraq bildirirlər ki, idmançılar oruc tutmaya bilər, indi bu məsələ ilə bağlı da fətvalarını versinlər. Həccə gedən konyak içə bilərmi?”
Qeyd edək ki, Hacı İbrahim Nehrəmlinin yayımlanan video müsahibəsində 4.40 dəqiqədə konyak içməsini etiraf edir.
 
 

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam