Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Hacı İbrahim “Avesta”nı satışa çıxardı


 

Beynəlxalq Bankdan götürdüyü küllü miqdarda krediti geri qaytarmayan iş adamı Hacı İbrahim Nehrəmli sahibi olduğu “Avesta” holdinqin binasını satır. 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə AzVision.az-a iş adamının yaxın çevrəsindən məlumat verilib.

Adının mətbuatda çəkilməsini istəməyən mənbənin bildirdiyinə görə, Hacı İbrahim Bakıda hamının “milyarderlər məhəlləsi” kimi tanıdığı Teymur Əliyev küçəsindəki villasını və “Avesta” konserninin yerləşdiyi hündürmərtəbəli binanı satışa çıxarıb. İş adamı sahibi olduğu binanı real alıcılara 45 milyon manata təklif edib.

Beynəlxalq Bankdan götürdüyü 78 milyon dolları geri qaytara bilməyən Hacı İbrahim ona qoyulan vaxtda borcunu qaytarmaq üçün binanı real alıcı olarsa, 23 milyona satmağa hazır olduğu bildirib. Bir neçə iş adamı bina ilə maraqlansa da Hacı İbrahim alıcı tapa bilməyib.

Bina 15 mərtəbədən ibarətdir. Alt mərtəbədə sauna və bilyard zalları, ofislər yerləşir. Verilən məlumata görə, həmin binanın bir mərtəbəsində Hacı İbrahim özünün də evi var.

Qeyd edək ki, hazırda Hacı İbrahim Nehrəmlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanıldığı bildirilir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam