Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Şəhidə hörmətsizlik edən icra başçısı təşviş içində - Bir-birini təkzib edən açıqlamalar -VİDEO

bitmap-img6

Oğuz rayon Şəhidlər Xiyabanında şəhidlərin məzarı üzərindən əklillərin zibilliyə atılmasıyla bağlı yaranmış qalmaqal böyüyür.
Yenixeber.org: İcra Hakimiyyətinin günlərdir apardığı araşdırma “nəticə” verib.
İcra Hakimiyyətindən saytımıza bildirilib ki, guya, Şəhidlər Xiyabanında təmir işləri getdiyi üçün başçı müavini Etibar Yusifov kommunal xidmət işçilərinə əklilləri götürüb məktəbə yerləşdirməyi tapşırıb:
“Kommunal xidmət işçiləri isə həmin əklilləri açıq bir sahəyə yığıblar. Həmin vaxt külək olduğu üçün əklil və bayraqlar ətrafa dağılıb”.
Maraqlıdır, əgər bunun dəqiq cavabı var idisə, günlərdir, nəyin araşdırması aparılırdı? Belə çıxır ki, günah küləkdə imiş.
Halbuki şəhid valideynləri şəhidlərin məzarı üzərindən təzə-tər əklillərin və bayraqların götürülərək, zibilliyə atılmasının səbəbini İcra Hakimiyyətindən öyrənməyə çalışanda Etibar Yusifov onlara “əcəb etmişik” cavabını vermişdi.
Oğuz İH bu gün daha bir açıqlama ilə məsələdən yayınmaq istəyib.
İcra başçısının digər müavini Yusif Naxçıvanskinin verdiyi məlumata görə, ötən gün rayonda möhtəşəm tədbir keçirilib və şəhid ailələrindən əklil məsələsinə görə üzr istənib.
Şəhid ailələrindən əldə etdiyimiz məlumata görə isə ötən gün İcra Hakimiyyəti Anım Günü tədbiri keçirsə də, şəhidlərə qarşı hörmətsizliyə görə heç bir şəhid valideynindən üzr istənilməyib və ümumiyyətlə, bu məsələ ilə bağlı heç bir məlumat verilməyib.
Digər bir məlumata görə, Prezidentin yaxın zamanda Oğuza səfəri gözlənildiyindən İcra Hakimiyyəti təşvişə düşüb. İcra başçısı rayonda baş verən bu biabırçı hadisənin Prezidentə çatdırılmasından narahatdır.
Buna görə də, hazırda İH-da siyahı hazırlanır və Prezidentlə görüş üçün dəvət ediləcək şəhid ailələri müəyyənləşdirilir. Bu siyahıya isə üzərindən əklillər və bayraqlar götüzdürülən şəhidlərin valideynləri salınmayıb.(bakupost)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam