Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Azərbaycan qadınının bayram arzuları -arzular çələngi...

 

 

Görüntünün olası içeriği: 3 kişi, Qarabag Yolu dahil, oturan insanlar

8 Mart bəşəriyyət tarixində ən əlamətdar günlərdən biridir.

Bu gün hər il müxtəlif dünya dövlətlərində, eləcə də respublikamızda qadınların , anaların günü kimi təntənəli şəkildə qeyd olunur. Məlumat ücün bildirək ki, 8 Mart 1857 -ci ildə ABŞ-ın Nyu-York şəhərində fəhlə qadınların aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi qəbul edilir. 1910-cu ildə Klara Zetkin isimli bir alman sosialist qadın, Qadın Sosialist İnternasiyonalında Dünya Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edildi. 1957-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq hər il Qadın günü olaraq qeyd olunması qərarlaşdırıldı. Buna baxmayaraq 1975-ci il Beynəlxalq Qadınlar ili olaraq tarixə keçdi. Həmin ilin beynəlxalq qadın ili elan edilməsindən sonra BMT, 1975-ci ilin 8 martını ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirtdi. İki il sonra isə BMT-nin ümumi qurultayında 8 mart, qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildi.

Deyirlər, ana övlad yanında ana olur, bacı-qardaş yanında bacı olur, həyat yoldaşı, ər yanında, qeyrətli kişi yanında qadın olur. Məhz bu göstərici qadınlarımızın keyfiyyətini-xasiyyətini ortaya qoyub, onlara tarix yazdırıb. Hələ lap qədimlərdən Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xüsusi hörmət və ehtirama layiq olub. Kecmişdə də, indi də ananın- qadının cəmiyyətdə yeri fərqli olub. Azərbaycan qadını Azərbaycan kişisinin “yarı”sı olub, atasının, qardaşının, ərinin , oğlunun cəkdiyi yükün altına zərif ciyinlərini düşünmədən, tərəddüd etmədən verib..Bəlkədə də ona görədir ki, tariximizin şanlı səhifələrinə öz adlarını məhz bu xarakterləri ilə yazdırıblar. Adına 1186-cı ildə Naxçıvanda Əcəmi Əbubəkr tərəfindən möhtəşəm türbə ucalan Mömünə xatun Azərbaycan Atabəyi Şəmsəddin Eldəgizin xanımı olub. O, Sultanla Atabəylər arasında xoş münasibətlər yaradaraq, ara müharibələrinin qarşısını alıb. XV əsrdə Ağqoyunlu hökmdarı Uzun Həsənin anası Sara xatun və gəlini Dəspinə xatun tarixə səfir xanım kimi imza atıblar. Quba xanı Fətəli xanın həyat yoldaşı Tutibikə öz ailəsinə, ərinə, müqəddəs ocağına sadiq bir qadın kimi tarixdə özünəməxsus yer tutub. Belə ki, Fətəli xan Dərbənddə olmadığı dövrdə şəhəri öz qardaşı Əmir Həmzənin başçılıq etdiyi koalisiyadan müdafiə edərək Fətəli xana təhvil verib. XVI əsrdə Koroğlunun Nigarı, Qaçaq Nəbinin Həcəri əfsanələşərək şifahi xalq ədəbiyyatına qovuşub, Xan qızı Natəvan isə həm lirik şerləri ilə, həm də apardığı siyasətlə Azərbaycan tarixinə öz dəyərli töhfəsini verib.

Beləcə, dövrünün ən cətin dönəmlərində kişilərdən nə şücaətdə, nə dərrakədə, nə də mübarizədə geri qalmayan qadınların günüdür bu gün.

İlk həmsöhbətim Azərbaycanın ilk döyüşçü xanımı Cəvahir Abdullayeva da zərif ciyinlərini ağır yükün altına verməkdən cəkinməyən, cəsur, qorxmaz qadınlardandı.

 

Görüntünün olası içeriği: 1 kişi, gözlük
Əvvəlcə oxucularımız ücün bildirək ki, o, 1960-cı ildə Balakən rayonunun Qullar kəndində anadan olub. 4 qardaşın bir bacısıdır. Cəvahir orta məktəbi bitirib Bakıya gəlir. Xəzər Gəmiçiliyi idarəsində işə başlayır və eyni zaman da tibb bacısı kursunu bitirir.Bu o dövr idi ki, xain qonşu bizimlə torpaq davasına qalxmışdı. Yaraqlanmış erməni quldurları kəndlərimizə hücum edir, dinc əhaliyə əziyyət verir, talan

edirdilər. Qeyrətli jurnalist Çingiz Mustafayevin Azərbaycan televiziya məkanında çağırışından sonra 1991-ci il noyabrın 23-də Cəvahir xanım döyüşə getməyi qərara alır. O vaxt Ağdamda “Qarabağ müdafiə şahinləri” dəstəsi vardı, birbaşa oraya getdi. İlk döyüşü 1992-ci ilin yanvarında olub. Cəvahir xanımla sabirabadlı qəhrəman Mübariz Əhmədov, Bəxşeyiş Paşayev, Təbriz Xəlilbəyli, Oruc Cabbarov, Qəhrəman Hüseynov, Akif Nağıyev kimi qəhrəman oğullarla çiyin-çiyinə döyüşüb. Dəfələrlə uğurlu əməliyyatlarda iştirak edib. Yüzlərlə igidin xilaskarı olub. Atəşkəs müqaviləsindən sonra mübarizəsini dayandırmaq məcburiyyətində qalıb. Atəşkəs olsa da, hələ bu günün -nisbi sakitliyinin adamı ola bilmir, 1993-cü ildən ayrıla bilmir . Bütün ruhuyla, canıyla, qanıyla əsgər yoldaşlarının yanındadır, müharibə gedən ərazilərdən bir an da olsa uzaqlaşmır, onlarla birlikdə qələbəyə doğru addımlayır. Amma bu, yalnız Cəvahirin fikrində belədir. Müharibənin ağır günlərini görməyənlər, özünü oda-közə atmayanlar, əzizləri gözləri qarşısında şəhid olmayanlar üçün döyüş çoxdan bitib. Onun həyatında qələbədən başqa, sevinə biləcəyi heç nə, heç kim yoxdur. Cəvahir üçün müharibə hələ də davam edir...

Bu gün – 8 mart beynəlxalq qadınlar günündə onun ən böyük arzusunu dilə gətirməsini xahiş etdik. Əvvəl tərəddüd etdi, sonra isə asta-asta söhbətə başladı:” İlk döyüşə atılanda müharibənin nə olduğunu anladım. Gözümün qarşısında şəhid olan əsgər yoldaşlarımın itkisinə ürəyim ağrısa da, vəzifə borcunu bir an da unutmadım, özümü ələ alıb, 6 yaralı döyüş yoldaşımı, 3 avtomat silahı, 1 pulemyotu ön xətdən çıxara bildim. Müharibənin sonuna qədər düşmən əlinə kecməmək ücün döyüş xəttindən cıxara bildiyim şəhid olmuş, yaralanmış əsgərlərin hər birinin siması bu gün də yadımdadır. O oğulların qisası alınmalıdır, qanı yerdə qalmamalıdır. Bunun ücün yenidən Qarabağ uğrunda döyüşlər başlanmalıdır! Bilirəm, analar müharibə istəməzlər, min əzab-əziyyətlə böyütdükləri oğullarının, arxa-dayaq bildikləri qardaşlarının , həyat yoldaşlarının gülləyə gəlməsini, ömrünün qırılmasını arzulamazlar. Amma ən böyük arzumdu, ən böyük diləyimdi ki, Ali Baş Komandan hücum əmri versin. Müharibə başlasın! Mən müharibəyə hazıram! Mən müharibəni istəyirəm, mən müharibəni tələb edirəm!

Azərbaycanın Milli Qəhrəmanı Pəhləvan Fərzəliyevin xanımı Sona Fərzəliyeva ilə söhbətimiz kədərli notlarla başladı.

 

Görüntünün olası içeriği: 1 kişi
Milli qəhrəmanın 3 övladını necə böyük cətinliklərlə böyütdüyündən , onları atalarının adına layiq övlad kimi yetişdirdiyindən danışdı:” Həyat yoldaşım şəhid olanda cəmi 28 yaşım vardı.Həyatın necə böyük bir imtahanına düşdüyümün fərqində də deyildim Sonuncu övladımın hec 1 yaşıda yox idi. Yadınızdadırsa, o dövrdə aclıq, kasıbcılıq, müharibə camaatı əldən salmışdı. Aradan az kecmiş kəndimiz-Dilağarda da işğal olundu. Təsəvvür edirsinizmi?Həyatın bütün ağırlıqlarına, dərdinə, probleminə sinə gərməyi, bu imtahandan alnıacıq, üzüağ cıxmağı bacardım. İndi hər şey geridə qalıb, artıq o günləri yada salmaq da istəmirəm.Bütün bu cətinliklərə baxmayaraq Pəhləvanın mənə qoyub getdiyi o 3 əmanəti, yadigarı qorudum, böyütdüm, ev-eşik sahibi etdim. Qızım Gülşən, oğlanlarım Xaliq, Mobil ailə-uşaq sahibidirlər” .

Xatırladaq ki, Pəhləvan Əhliman oğlu Fərzəliyev 1958-ci il sentyabrın 27-də Füzuli rayonu Qobu Dilağarda kəndində anadan olub. O, polis zabiti kimi 1990-cı

ildən doğma rayonunda xidmətə başlayıb. Füzuli rayonunun erməni silahlılarının hücumundan müdafiəsində şücaət göstərib. Onun şücaəti nəticəsində Xələfşə kəndində bir erməni bölüyü və bir zirehli avtomobil məhv edilib. Pəhləvan Fərzəliyev 1992-ci il aprelin 11-də Qacar kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olub. Füzuli rayonunun Qobu Dilağarda kəndində dəfn edilib. 1992-ci il oktyabrın 8-də ona Milli Qəhrəman adı verilib.

Bir qadın, bir ana kimi xalqımıza- dövlətimizə nə arzulardınız?-sualımıza yenə də kədərlə cavab verdi:” Ən böyük arzum odur ki, hec bir övlad valideyn nəvazişindən məhrum olmasın! Cünki , oğlanlarım hazırda atadırlar ,amma yenə də atasının şəklinə baxanda, “ata” kəlməsi işlədəndə necə böyük nisgil daşıdıqlarının, doyunca “ata” demədiklərinin acısını yaşadıqlarının fərqində olmamaq mümkün deyil! Amma sağ olsun prezidentimizi! Pəhləvanın ruhuna böyük sayğı göstərərək onun övladlarını evlə təmin etdi. Yaxın günlərdə bir dəfəlik kompensasiyada verəcək. Deməyim odurki, ən böyük nəvazişi-qayğını ölkə başcısından gördük. İkinci arzum dövlətimizi qayım-qədim olsun, inşallah! Və nəhayət kəndimiz işğal olunandan sonra həyat yoldaşımın qəbrini ziyarət etməmişik. Artıq 26 ildir onun uğrunda şəhid olduğu yurdunu ziyarət edə bilmirik. Düşünürəm ki, yurdum işğaldan azad olsun, kəndimizə dizin –dizin sürünərək gedim və ilk ziyarətim də Pəhləvanın məzarından başlasın!”

Şuşa şəhərindən məcburi köckün Raymonda Əliyeva bildirir ki, yurdum işğal olunandan bu günə qədər hec bir bayramı təntənəli, ruh yüksəkliyi ilə qeyd etməyib:”Bir dəfə qəzetlərin birində Şuşadan olmayan bir jurnalistin məqaləsini oxudum. Onun Şuşa haqqındakı fikirlər məni necə tutdusa, həmin fikirləri dəftərcəmə qeyd elədim.

Görüntünün olası içeriği: Qarabag Yolu, oturuyor ve iç mekan
Yazılmışd:”Şuşalı olmaq üçün bu şəhərdə dünyaya göz açmaq əsas şərt deyil. Çünki xalq yazıçısı Anarın təbirincə desək, Şuşa bütün azərbaycanlıların ruhunun vətənidir. Azərbaycan mənəviyyatının, mədəniyyətinin paytaxtıdır. Bu qədim şəhərin Azərbaycan adlı salnamədəki yeri çox möhtəşəmdir. Mənəviyyatımızın, mədəniyyətimizin, ədəbiyyatımızın, mərdliyimizin, tariximizin, qurub-yaratmaq əzmimizin bütün məziyyətləri bu salnamənin Şuşa səhifəsində şah sütunlarda xüsusi kursivlə həkk edilib”.

Bəli, təəssüflə deyirəm ki, Şuşa bütün azərbaycanlıların ruhunun vətənidir və o ruhumuzun vətəni hazırda işğal altındadır. 27 ildir şuşalılar ruhsuz yaşayırlar, yaşamaq demək də olmur: ömürlərinin sonuna iri addımlarla irəliləyirlər. Belə bir həyat tərzində bayram keçirmək, ürəkdən sevinmək, təntənəmi yada düşər?İddia etmirəm ki, yurdundan perik düşmüş yurddaşlarım el şənliklərində, toyda-düyündə iştirak etmirlər,təbii ki, bu mümkünsüz işdir.Amma o toyda, o bayramda, o şənlikdə o köçkünün gözünün içinə bax, qəlbinin səsini dinlə! Dünya boyda kədər, nisgil, həsrət, içlərinə axıtdıqları göz yaşı...

Ehhh..bayram mənim üçün çoxdan öz anlamını itirib. İndi mənim bir arzum var! Atam, əmilərim, dayılarım, xalalarım, bibilərim kimi “elim-evim” deyə-deyə can verməyim, yad qəbiristanlıqlarda dəfn olunmayım! Yurdumu istəyirəm. Mənim üçün bayram Cıdır düzündə şuşalıların, şəhərimizin qonaqlarının dəstə-dəstə, xoşbəxt-xoşbəxt gəzməsi, bir-birini salamlaması, halını soruşmasıdır...

Qəribədir, söhbətləşdiyimiz hər bir Azərbaycan qadını şəxsi həyatlarından məmnundurlar. Ailəsi, sevdikləri, əzizləri ilə xoşbəxt olacaqları bir evləri, yeyəcəkləri halal çörəkləri var. Amma xalqının, elinin, dövlətinin probləmlərini öz

şəxsi probləmi hesab edirlər, o problem yükünü ürəklərində gəzdirirlər, Atasının, qardaşının, ərinin, oğlunun qeyrət yükünə çiyin verməyə həmişə hazırdırlar. Bax, Azərbaycan qadını məhz bu əzmkarlığı, sədaqəti, mübarizliyi ilə dünya qadınlarına örnəkdi. Zəriflik və gözəllik rəmzi olan qadın adının, ana adının tarix boyu vətənimizdə həmişə uca tutulmasının səbəbi budur!Sizinlə fəxr edirik böyük ürəkli Azərbaycan qadını! Həyəcanla ,titrəyə-titrəyə dilə gətirdiyiniz ən böyük arzularınıza qovuşasınız, xoşbəxt olasınız! Bayramınız mübarək!

Əntiqə Rəşid


 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam