Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Quduz it dişləsə nə etməli? -MƏSLƏHƏT

Son günlərdə küçədə yaşayan itlərin insanlara hücum etməsi kimi hallarla tez-tez qarşılaşırıq.

İtlərin hücumuna məruz qalan zaman ilk ağıla gələn isə quduzluq təhlükəsidir. Bəs hücuma məruz qaldıqdan sonra hansı tədbirlər görülməlidir?

Yenixeber.org: Xəstəliyin əlamətləri və ilkin olaraq virusa qarşı görüləcək tədbirləri təqdim edirik.

 

İlk tibbi yardım

İtlər tüpürcək vasitəsi ilə, quduzluq virusunu dişləri ilə dəridə açdığı yaraya ötürür. Quduzluq it hücum etdikdən sonra qısa zaman ərzində özünü göstərir. Hücuma məruz qalmış şəxsə quduzluğa qarşı serum və peyvənd vurulmalıdır. Yaranın üzəri təmiz dəsmal vasitəsi ilə örtülməlidir. İtin ağızında başqa mikrobların olma ehtimalını nəzərə alaraq yaralı şəxs xəstəxanaya yerləşdirilməli və təcili tədbirlər görülməlidir.

 

İtlərin quduz olduğunu necə öyrənmək olar ?

Quduzluq xəstəliyinə yoluxmuş itlər ağzını yummaqda çətinlik çəkir. 43 saat ərzində xəstəlik heyvanda özünü biruzə verir. Quyruğunu ayaqlarının arasına salır, ağzından tüpürcək axır. Eyni zamanda quduzluğa məruz qalmış itlər sudan qorxur və tez-tez ətrafa boylanaraq hücum etmək istəyir. İt əvvəlcədən quduzluğa qarşı peyvənd edilməlidir.  Xəstəlik daşıyıcısı olan it lazım gələrsə, xəstəxanada tetanusa qarşı peyvəndolunmalıdır. Əvvəl peyvənd edilmədikdə, tetanoz serum tətbiq edilməlidir. Quduz itlə qarşılaşdığımız zaman dərhal polisə xəbər verməliyik.  İt baytarlar tərəfindən 10 gün nəzarət altında saxlanılmalıdır. Əgər it müalicə vaxtı ölərsə, heyvanın başı  antiseptik məhlulla dəsmal vasitəsilə bağlanmalı və tədqiqat üçün laboratoriyaya göndərilməlidir. (Modern.az)

  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam