Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Qanunsuz miqrasiyaya zəmin yaradan bir neçə kanal aşkarlanıb- General danışdı

Qanunsuz miqrasiyaya zəmin yaradan bir neçə kanal aşkarlanıb

 

 

"Son iki ay ərzində qanunsuz miqrasiyaya zəmin yaradan bir neçə kanal aşkarlanıb"

 

Yenixeber.org: Bu sözləri Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin rəisi, general mayor Vahid Qəhrəmanov deyib. Onun sözlərinə görə, 2017-ci ilin noyabrdan Azərbaycana Asiya ölkələrindən, xüsusilə də Hindistan istiqamətindən qanunsuz gələn 207 nəfər miqrant müəyyənləşdirilib. Həmin şəxslər bir qayda olaraq turist vizası ilə gətirilən və ölkədə qalan şəxslərdir.

Saxlanılan şəxslərin bəziləri təhsil almaq adı ilə gəlib, qanunsuz əməllərlə məşğul olanlardır. Miqrantların bəzilərində çox ciddi xəstəliklər aşkarlanıb. Həmçinin qanunsuz miqrasiyaya şərait yaradan kanal və marşrutlardan istifadə etməklə miqrantları ölkəyə gətirilən 4 nəfər barəsində həbs qətimkan tədbiri seçilib və istintaq davam etdirilir.

Vahid Qəhrəmanov bildirib ki, Dövlət Miqrasiya Xidməti 2015-ci ildən qeyri-leqal yolla miqrant kanalı təşkil etmək istəyən 15-ə yaxın dəstəni aşkar edərək qarşısını alıb. /xezerxeber.az

Qanunsuz miqrasiyaya zəmin yaradan bir neçə kanal aşkarlanıb - General danışdı

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam