Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

"BAKI-2015"-DƏN MİRAS QALAN PROBLEMLƏR:BNA-dən biganəlik

 

"BAKI-2015"-DƏN MİRAS QALAN PROBLEMLƏR:

 Yenixeber.org: BÜL-BÜLƏDƏ 3 il əvvəl götrülən köhnə dayanacaqlar hələ də yenilənməyib Dövlətimizin başçısı cənab İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın məqsədlərindən biri də Qafqazın lider dövləti olan Azərbaycanı dünyada iqtisadi cəhətdən güclü, həm də sülhsevər ölkə kimi tanıtmaqdır. Sülhün simvolu olan idmanın inkişafını diqqət mərkəzində saxlayan dövlətimizin rəhbərliyi beynəlxalq səviyyəli nüfuzlu idman tədbirlərinin ölkəmizdə keçirilməsinə də ciddi əhəmiyyət verir. 2017-ci ildə paytaxtımızda təşkil olunan IV İslamiada, daha iki əvvəl keçirilən I Avropa Oyunları Bakının dünyanın idman mərkəzlərindən biri olduğunu bir daha sübut etməklə, xalqımızın qonaqpərvərliyinin, mədəniyyətimizin təbliğinə xidmət etdi. Aydın məsələdir ki, ölkəmizə turizm axınını gücləndirən belə möhtəşəm tədbirlər təkcə keçirildikləri arenaların deyil, bütövlükdə şəhərlərimizin təsərrüfatının, eləcə də nəqliyyat infrastrukturunun ən müasir standartlara uyğun şəkildə yenidən qurulmasını tələb edir. Etiraf olunmalıdır ki, bu sahədə nəzərəçarpan işlər görülmüşdür ki, həyata keçirilən həmin infrastruktur layihələri uzun illər boyu şəhərlərimizin sakinlərinin rahatlığına xidmət edəcəkdir. Ancaq təəssüf hissi ilə qeyd etməliyik ki, bəzi məmurlar bu məsələ ilə ehtikarlıq edir, hələ yaxşı halda səhlənkarlıqları, pis halda isə korruptiv məqsədləri ilə layihələrin gerçəkləşməsini ləngidirlər. Hələ Avropa Oyunlarına hazırlıq işlərinin sürətlə həyata keçirildiyi 2015-ci ilin aprel ayında görülməsi qərara alınan işlər sırasında Suraxanı rayonunun Bülbülə qəsəbəsinin Səttar Bəhlulzadə küçəsindəki 100 ildi fəaliyyət göstərən köhnə dayanacaqların müasirləri ilə əvəzlənməsi də daxil idi .Sakinlərin müraciətinə görə üç ilə yaxın vaxt keçməsinə baxmayaraq, sökülmüş həmin dayanacaqların yerində bu günə qədər də yeniləri quraşdırılmayıb. Avtobus gözləyən insanlar yayda isti günəşin, qışda yağışın-qarın altında durub-dözməyə məhkumdurlar. Bakı Nəqliyyat Agentliyinin (BNA)və digər aidiyyəti təşkilatların bu məsələyə niyə biganəlik göstərdikləri müəmma olaraq qalır. Əziyyət çəkən vətəndaşlar rəsmi ərizə ilə Bakı ŞİH-ə müraciət ediblər. Şəhər rəhbərliyi də "aidiyyəti" üzrə müraciətnaməni BNA-ya ötürməkıə kifayətlənib. BNA-nin mütəxəssisləri axırıncı dəfə ötən ilin sentyabr ayında sözügedən ünvana gəlib yerində baxış keçirmişlər. Fakt təsdiqini tapsa da, əsas məsələ həll olunmayıb - dayanacaqlar hələ də quraşdırılmayıb. Belə getsə bu qış da qurtaracaq. Sakinlərin verdiyi məlumata görə artıq bəzi möhtəkirlər planın heç vaxt baş tutmayacağına əminmişlər kimi sökülmüş dayanacaqların yerini zəbt etməyə hazırlaşırlar.. Məsələn, 87 saylı məktəbin yaxınlığındakı dayanacağın yerində dükan inşa olunub. Qəsəbə sakinləri deyirlər ki, aidiyyəti qurumlar yeni, kölgənəcəkli dayanacaqların quraşdırılması üçün namizəd şirkətlər arasında tender keçiriləcək və yalnız qalib müəyyənləşəndən sonra icrasına başlanılacaq. Belə olan halda haqlı suallar ortaya çıxır: İndiyədək o tenderin keçirilməsinə nə mane olub? Bakıda pilot abadlıq layihələrini, o cümlədən, köhnə binaların sökülərək yerində yeni çoxmərtəbəli evlərin tikintisini həyata keçirən şirkətlərin seçilməsi (tendersiz) yerli icra hakimiyyətlərinin öhdəsinə buraxıldığı halda, dayanacaqların quraşdırılmasına niyə tender gərək olub? Bəlkə bu təyinatla ayrılan maliyyə vəsaiti "yoxa çıxıb"? Görən, aidiyyəti qurumların məqsədləri nədir ki camaatı incidir, narazı salırlar?Görəsən bu problem nə vaxta qədər davam edəcək?

Qarşı tərəfin cavab haqqını tanıyırıq.(mediattv.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam