Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Deputatın “Yehova şahidləri” çağırışı:Təhlükəli şəbəkə

Deputatın “Yehova şahidləri” çağırışı:

 

 

Deputat Azay Quliyev Azərbaycanda xristian missionerlərinin təhlükəli fəaliyyət göstərdiyini və onların xüsusən gənclər, hərbi çağırışçılar arasında təhlükəli təbliğat apardıqlarını bəyan edib.

Yenixeber.org: Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri A.Quliyev çıxışında xristian missioner təşkilatları deyərkən əsasən "Yehova şahidləri"ni nəzərdə tutub. Bakıda keçirilən “Qeyri- hökumət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru” adlı konfransda çıxış edən millət vəkili “Yehova şahidləri” kimi tanınan bu missionerlərin son vaxtlar ölkədə çox fəallaşdıqlarını bildirib.

Sitat: “Onlar, çağırışçılar arasında təbliğat aparıb gəncləri hərbi xidmətə getməkdən yayındırırlar, silah işlətməyin haram olduğunu deyib qadağan edirlər. Bu Azərbaycan ordusuna təsir edir, düşmənə qarşı mübarizə ruhunu zəiflədir. Bunların fəaliyyəti bir çox ölkələrdə qadağandır. Biz də artıq qərar verməliyik”.

Ölkəmizdə əslində xeyli sayda missioner təşkilatlar fəaliyyət göstərir. Onlar arasında xüsusilə “Yehova şahidləri” ermənilərin bizə düşmən olmadığını iddia edir və bildirirlər ki, düşmənə güllə atmaq olmaz.

Deputatın gənclərə çağırışı isə xüsusilə bu baxımdan əhəmiyyətlidir. Bu təriqət üzvləri müharibəni, hərbi fəaliyyəti pisləyirlər, onun əleyhinə iş aparırlar. Həmin təriqətçilər əsgərliyə getməkdən imtinaya çağırır, bunu sülhə xidmət kimi qələmə verirlər.

İddialara görə, "Yehova şahidəri"nin əsas mərkəzi hazırda Gürcüstanda yerləşir və orada toplaşırlar. İdeoloqları isə milliyyətcə ermənilərdir. A.Quliyevin narahatlığının kökündə də bu amillər dayanır. Son zamanlar onlar Gəncə, Lənkəran kimi şiəliyin geniş yayıldığı mərkəzi şəhərlərdə də təbliğatlar aparır, adamlarını təlimatlandırırlar.

Təsdiq olunmamış məlumatlara əsasən, 1970-ci illərdə Bakıda “Yehova şahidləri”nin kiçik bir qrupu fəaliyyət göstərib, lakin Dövlət Təhlükəsizlik Komitəsinin müdaxiləsindən sonra bu qrup daǧıdılıb. Onlara göstərilən müqavimətə baxmayaraq, MDB-də “Yehova şahidləri”nin sayı stabil olaraq artmaqdadır. Əgər 1990-cı ildə Sovet İttifaqında onların sayı 50.000 nəfər idisə, onların özlərinin hesablamalarına əsasən, 2008-ci ildə MDB-də sayları 369.702 nəfərə çatıb.

“Yehova şahidləri”nin dövlət qeydiyyatı ləğv olunub. Ancaq bu icmanın üzvləri hələ də məxfi fəaliyyət göstərirlər. Sektanın üzvləri gizli şəkildə xüsusi evlərdə toplaşırlar. Dəfələrlə hüquq-mühafizə orqanlarının onlara qarşı təşkil etdiyi əməliyyatlar sübut edir ki, ölkədə bu icmanın üzvlərinin fəaliyyəti gizi də olsa, davam edir.

Hazırda bu cərəyanın heç bir dini icması Dini Qurumlarlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınmayıb. Bu səbəbdən, bəzən onlar qanunsuz fəaliyyətdə ittiham olunaraq inzibati məsuliyyətə cəlb olunurlar. Məsələn, 2009-cu ilin aprel ayında Gəncə şəhərində qanunsuz fəaliyyət göstərən icmanın fəaliyyəti aşkarlanıb, icmanın üzvləri inzibati qaydada məsuliyyətə cəlb ediliblər.

2014-cü ildə isə Gəncə şəhərində Yusif Kosayev küçəsi, ev 31 ünvanında bu dini icma üzvləri qanunsuz tədbir keçirərkən saxlanılıblar. Mənzilə gələn polis əməkdaşları 22 nəfəri, o cümlədən 1 azyaşlı uşağı Kəpəz Rayon Polis İdarəsinə aparıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam