Arzu Rəhimovla Həsrət İsmayılovun səfərbərlik tandemindən müdhiş
Cəlilabad rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi işlədiyi dövrdə general Arzu Rəhimovun arzularını gerçəkləşdirən Həsrət İsmayılov bu xidmətinin mükafatını almış oldu

Yenixeber.org Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun onu Daxili Təhqiqatlar İdarəsinə rəis gətirməsi tandem yaradıb.

A.Rəhimovla H.İsmayılovun “duet” fəaliyyəti nəticəsində böyük bazar açılıb. General Novruzəli Orucovun vəzifəsindən kənarlaşdırılmasından sonra A.Rəhimov onun yerinə ortaq tapıb. 

General yerlərdə rəislərdən olan narazılıqların monitorinqlərini aparır, təftiş edir, sonra onları istefaya deyil, başqa rayona təyin edir. Son zamanlar rayon şöbələrinə rəislərin təyinatında nəzərəçarpan hal məhz onların yerlərinin dəyişməsidir. 

A.Rəhimov heç bir şöbə rəisini işində yol verdiy nöqsana görə vəzifəsindən azad etmir. Bu siyasət Astara rayon şöbəsinin rəisi Kənan İsgəndərovun həbsindən sonra daha geniş vüsət alıb.

Bu dəyişikliklər heç bir əhəmiyyət kəsb eləmir və fiqurların yerləri dəyişir.Sadəcə, həmin təyinatların yeganə səbəbi A.Rəhimovun öz kadrlarının fəaliyyətini gizlətmək mahiyyəti daşıyır.

Nəticədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin regionlardakı neqativ işləri qovluğa tikilərək arxivə göndərilir.

A.Rəhimov real islahatlara başlasaydı, şöbələrə yeni rəislər təyin edərdi.Amma Xidmət rəisi adı rüşvətə qarışmış rəislərinə yerdəyişmə əməliyyatı ilə qahmar çıxıb ictimaiyyətin "gözünə kül üfürmək”lə məşğuldur. 

Bir sözlə, A.Rəhimovun rəhbərlik etdiyi Dövlət Xidmətində baş verən qanun pozuntuları davamlı olaraq mediada işıqlandırılır. 

Buna baxmayaraq general rəhbərlik sahəsində heç bir dəyişiklik etmək istəmir. Görünür, mövcud durum xidmət rəisinin maraqlarına tam cavab verir.

A.Rəhimov müavini olmuş, general Novruzəli Orucov işdən çıxarılandan sonra qurumun bütün maliyyə axınlarına təkbaşına nəzarət etməyə başlayıb. 

Onun "niqodnıy” bilet biznesi və digər korrupsiya əməliyyatlarında inhisarçılıq yaratdığı bildirilir. Ancaq H.İsmayılovun da bu işlərdə şəriki olduğu deyilir.

 H.İsmayılov Cəlilabadda işlədiyi dönəmdə “niqodnıy” bilet bazarı açmışdı. 

Belə bir fəaliyyəti olan kadrın Daxili Təhqiqatlara gətirilərək şöbələrə nəzarəti ona tapşırmaq “quzunu qurda tapşırmağa” oxşayır. Çünki onun şöbələrdəki qanunsuzluları necə ört basdır etdiyi aydındır.

Məlumata görə hər rayon şöbəsinin rəisi hər ayın axırında Daxili Təhqiqatlar İdarəsi rəisi Həsrət İsmayılova xərac göndərməlidir. Daxili Təhqiqatlar İdarəsi rəisinə aylıq haqq verən şöbələrdən gələn hər hansı bir şikayət araşdırılmır. 

Rayon şöbələrində baş verən qanunsuzluqların demək olar ki, əksəriyyətini Daxili Təhqiqatlar İdarəsinin rəisi nəyinsə qarşılığında ört-basdır edir.

Bu həmin komissardır ki, uzun müddət Şəmkirdə eyni vəzifəni tutub. Hələ Cəlilabada təyinatından xeyli vaxt qabaq Şəmkirdə qanunsuz işlərini həyata keçirib.

Onun adı həmişə hərbi bilet biznesində keçib. Ancaq H.İsmayılovun toxunulmazlığı arxasındakı qüvvələr idi.

Həmin dönəmdə Şəmkirin icra başçısı Aslan Aslanov və sabiq müdafiə naziri Səfər Əbiyevlə yüksək əlaqələrə malik idi. 

Hətta İsmayılovu Aslanovun kadrı hesab etmək olar. Çünki o vaxt komissarla başçının oğlu Ruslan Aslanovun yaxın dostluq münasibətləri vardı. 

A.Aslanovun oğlunun Lamiyə Quliyeva və Vüqar Əliyev tərəfindən qətlə yetirilməsi işi üzrə H.İsmayılov şahid kimi ifadə verib.Fia.Az