Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Qarabağ əlilləri və şəhid ailələrinə ev verilib- Fotolar

 

Qarabağ əlilləri və şəhid ailələrinə ev verilib - Fotolar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Salyan və Neftçala rayonlarında inşa edilmiş 14 ədədfərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.

Yenixeber.org xəbər verir ki, yeni fərdi yaşayış evləri ilə təmin edilən vətəndaşlar sosial cəhətdən həssas qruplardan olan vətəndaşların, o cümlədən Qarabağmüharibəsi əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən razılıq hisslərini ifadə ediblər.



Evlərin istifadəyə verilməsi tədbirlərində ölkəmizdə ildən-ilə güclənən sosial siyasət kursunun Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsi sahəsində tədbirlərin daim yüksələn xətlə davam etməsinə şərait yaratdığı vurğulanıb. Qeyd olunub ki, respublikamızda icra olunan mühüm sosial proqramlardan biri də bu təbəqələrdən olan insanların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlib. Dövlət başçısının 20 iyun 2014-cü il tarixli sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün ölkəmizin bölgələrində yaşayış evlərinin tikintisi, habelə şəhər yerlərində yeni inşa olunmuş binalardan mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir.



Sərəncamın icrası işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyitərəfindən Salyan və Neftçala rayonlarında da 41 ədəd fərdi yaşayış evi inşa etdirilərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub. Qarşıdakı dövrdə respublikamızın digər bölgələrində olduğu kimi, bu iki rayonda da müvafiq təbəqələrdən olan insanların yeni mənzillərlə təminatı işləri davam etdiriləcək.

Daha sonra tədbir iştirakçıları yeni fərdi yaşayış evlərinə baxış keçiriblər. İstifadəyə verilən evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb. Evlərdən 9 ədədi Qarabağ müharibəsi əlillərinin, 5 ədədi isə şəhid ailələrinin istifadəsinə verilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam