Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Avtovağzalda özbaşınalıq: kassirlərlə sürücülər əlbir olub...(FOTO)

Avtovağzalda özbaşınalıq: kassirlərlə sürücülər əlbir olub...

 

Bakı Beynəlxalq Avtovağzalı ilə bağlı narazılıqları, şikayətləri tez-tez eşidirik. Mətbuatda mütəmadi olaraq yazılar dərc edilsə də, vəziyyət düzəlmir.

Yenixeber.org: Bu günlərdə avtovağzaldakı "bilet fırıldaqları" ilə bağlı redaksiyamıza növbəti şikayət daxil oldu. Şikayəti yerində araşdırmaq üçün üz tutduq Bakı Beynəlxalq Avtovağzalına...

Əvvəlcə kassaya yaxınlaşıb biletlərin qiyməti ilə maraqlandıq. Şəki-Zaqatala istiqamətinə gedən avtobuslara bilet istəsək də, kassadan "yox" cavabı aldıq. Kassir biletlərin qurtardığını bildirsə də, təkidimizdən sonra "qıraq-bucaqdan" yer tapa bildi. Qiymətlər isə müvafiq olaraq 5,63 və 6,69 AZN göstərilirdi. 

Daha sonra üz tutduq avtobuslara. Burda isə eşitdiklərimiz isə kassirləri təkzib edirdi. Belə ki, sürücülər avtobuslarda əksər yerlərin boş olduğunu, gediş haqqının isə 10 AZN təşkil etdiyini bildirdilər. Onlara qanunların tələblərini xatırlatdıq, biletləri bu qiymətə satılmamalı olduğunu bildirdik. Aldığımız cavab isə "Bizdə belədir. Gedirsən get, getmirsən getmə" oldu.

Kassalarda şəkil çəkməyə icazə verməsələr də, buna nail olduq. Diqqətlə baxın ki, bilet alarkən aldanmayın.

Məsələ ilə bağlı Bakı Beynəlxalq Avtovağzalının münasibətini öyrənməyə çalışdıq. Amma mətbuat xidmətindən telefon zənglərimizə cavab verən olmadı.

Nərmin Həsənli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam