Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Bakı avtovağzalında kassir-sürücü işbirliyi:- SƏRNİŞİNLƏR SOYULUR

Bakı avtovağzalında kassir-sürücü işbirliyi:

 

Bakı Beynəlxalq Avtovağzalında kassalarda 5.50 AZN-ə satılan biletləri rayonlara işləyən avtobusların sürücüləri 8 AZN-dən vətəndaşlara satır.

Yenixeber.org xəbər verir ki, belə iddia ilə baku.ws-yə müraciət edən vətəndaş Rəqsanə Bayramova ötən gün Gəncəyə getmək istəyərkən avtovağzalda bu mənzərə ilə qarşılaşdığını bildirir.
“Dünən Gəncə şəhərinə getmək üçün saat 13:30-da Bakı Beynəlxalq Avtovağzalına gəldik. Bilet almaq üçün 13 və 14 nömrəli kassaya yaxınlaşdım. Yaxınlaşan zaman bir oğlanın kassirlə dava etdiyini gördüm. Nə baş verdiyini soruşdum. Aydın oldu ki, kassada bilet yoxdur. Camaatı isə “kompüter xarab olub və saat 16-ya bilet verə bilərik ancaq” deyərək aldadırlar. İşçilər vətəndaşa doğru-dürüst cavab vermirlər. Məcbur qalıb sürücüdən bilet aldıq”, – şikayətçi qeyd edir.
Onun sözlərinə görə, avtobus sürücüsü 5.50 AZN-lik bileti vətəndaşlara 8 AZN-dən satır: “Kassada 5.50 manat olan bilet niyə 8 manatdan satılır? Kassalar və sürücülər əlbir olub quldurluq edirlər. Kassirlər biletləri öncədən sürücülərə satırlar. Sürücülər isə istədikləri qiymətə satırlar. Aidiyyəti qurumlara səslənirəm: bu özbaşınalığa son qoyun!”
Digər bir sərnişin Mail Ağaxanov bildirir ki, avqustun 5-də Bakı Beynəlxalq Avtovağzaldan Lənkərana getmək istəyirdim, yaxınlaşdım kassaya dedilər ki, Lənkərana bilet yoxdur. Səbəbini soruşanda kassir bildirib ki, dispeçirdən soruş. Dispeçir isə səbəbini izah edə bilmədi. Səhər saat 10-dan günorta saatlarına qədər gözləsəkdə nə avtobus tapa bildik, nədə ki, bilet ala bildik. Sonradan peyda olunan avtobuslar isə Lənkarana 7, Astaraya isə 8 manata aparırdılar. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam