Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

“Formula 1”in VİP bileti 5000 dollara satılır

 

"Bakıda keçiriləcək növbəti “Formula 1” yarışları ilə bağlı tikinti işləri plana uyğun olaraq gedir, hətta müəyyən olunmuş qrafikdən də sürətli aparılır ki, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə mane olmasın". 

Yenixeber.org: Bunu “Trend”ə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

“Formula 1”  yarışlarında bilet satışına gəlincə isə N.Arpadarai bildirib ki, artıq 48 ölkədən biletlər alınıb. O qeyd edib ki, biletlər kifayət qədər yaxşı satılır: "Filarmonia tribunasına biletlər tamamilə satılıb, artıq orada yer yoxdur, digər tribunalara da biletlər yaxşı satılır. Biletlərin qiyməti 60 manatdan 600 manata qədərdir. Həm bahalı, həm də ucuz biletlərdən kifayət qədər satılıb. Keçən ildən fərqli olaraq bu il biletlərin kateqoriyaları çoxdur. Məsələn, keçən il ancaq üç günlük biletlər idisə, bir günlük bilet ancaq cümə günü üçün idisə, indi artıq hər gün üçün ayrıca biletlər var, üç günlük biletlər var, uşaqlar üçün biletlər 30 faiz endirimlə satılır. Yəni indi biletlərin kateqoriyaları çox olduğu üçün insanlara daha rahatdır, özlərinə uyğun olan bileti seçə bilirlər".

 

VİP biletlərin satışına gəlincə isə N.Arpadarai bildirib ki, bu biletlər “Formula 1”in özü tərəfindən satılır: “Formula 1”də tribunalardan başqa "Paddock Club" deyilən bir yer var ki, o, Formula 1 avtomobillərinin dayanacağının üstündə, 2-ci mərtəbədə yerləşir. O yerlərin qiyməti kifayət qədər bahadır və o biletləri “Formula 1”  özü satır. Bütün dünyada qayda belədir. Həmin biletləri daha çox iş adamları, şirkətlər alır. Qiyməti hər yerdə standart olur, təqribən 5 min dollara yaxındır".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam