Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Türkiyə G-20 zirvəsinə böyük dəstək oldu" -Merkel

Dünyanın ən güçlü iqtisadi gücünə sahib olan 20 ölkənin liderlərinin qatıldığı Almaniyanın Hambruq şəhərində keçirilən G-20 sammiti bu gün başa çatıb.

Yenixeber.org:   İki gün davam edən sammitə Argentina, Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Yaponiya, Meksika, Rusiya, Səudi Ərəbistan, Cənubi Afrika, Cənubi Koreya, Türkiyə, İngiltərə, ABŞ və Avropa Birliyinin rəhbərləri qatılıblar. 

Sammitin ilk günündə terrora qarşı birgə qəbul edilən 21 maddəlik sənədi bu gün Almaniyanın baş naziri Merkel bağlanış mərasimində oxuyub.

Bundan başqa sammitin sona çatmasından sonra bütün liderlərin imza atdığı ortaq bir bəyannamə yayılıb. Bəyannamədə iqlim dəyişikliyi və açıq ticarətlə bağlı müzakirələrin önəmi vurğulanıb. Həmin bəyannaməda iqlim dəyişikliyi ilə bağlı hissəyə isə yeganə ölkə olaraq  ABŞ imza atmayıb.

Bağlanış mərasimində Merkel Türkiyə haqda da açıqlama verib. O, "Türkiyə G-20 zirvəsinə böyük dəstək oldu. Düzdür, Türkiyədəki həbslər və İncirlik bazası ilə bağlı aramızda fikir ayrılıqları var. Təəssüf ki, bu fərqliliyimizi və fərqli baxışlarımızı burada da gizlədə bilmədik", deyə, bildirib.

Merkel, eyni zamanda, Hamburqda G-20-yə qarşı iki gün davam edən etirazları da qınayıb və baş verən iğtişaşlarda zərər çəkənlərin hər birinə yardım edəcəklərini bəyan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam