Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

“YouTube Kids” proqramında uşaq profili açmaq mümkündür

“YouTube Kids” proqramında uşaq profili açmaq mümkündür

 

 “Google” şirkəti “YouTube Kids” əlavəsini yeniləyərək, onu yeni dizayn, geniş valideyn nəzarəti imkanları və uşaqlar üçün profillərlə təmin edib

 

Yenixeber.org: Uşaq profilləri proqramdan istifadə edən hər uşaq üçün fərdi funksiyalara malik xüsusi profillər açmağa imkan verir. Bundan başqa, profillərdən müxtəlif qurğularda yararlanmaq mümkündür. Hazırda profillər açmaq funksiyası Argentina, Avstraliya, Braziliya, Kanada, Çili, Kolumbiya, Hindistan, Qana, Yamayka, Yaponiya, Keniya, Malayziya, Meksika, Nepal, Yeni Zelandiya, Nigeriya, Pakistan, Peru, Filippin, Sinqapur, Cənubi Afrika, Cənubi Koreya, Şri-Lanka, Tanzaniya, Uqanda, ABŞ və Zimbabvedə istifadəyə verilib.

Məlumata görə, əlavənin dizaynını istifadəçinin yaşına uyğun adaptasiya etmək olar. Doğum tarixi daxil edildikdən sonra uşaq profilində əlavənin xarici görünüşü dəyişməyə başlayacaq. Azyaşlı istifadəçilər az mətn, nisbətən böyük uşaqlar isə daha çox kontent və mətnli informasiya görə biləcəklər.

“iOS” və “Android” əməliyyat sistemli qurğular üçün “YouTube Kids” əlavəsini “App Store” və “Google Play” mağazalarından pulsuz yükləmək mümkündür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam