Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Partiya sədrinin Göygöldə istixanaları, qoyun fermaları üzə çıxdı...

 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Göygöl rayonunda istilikxanaları və mal-qara fermalarının olduğu barədə məlumatlar var.

Yenixeber.org:  Rayonun Murovdağ qəsəbəsi yaxınlığındakı istixanalarda çalışanlar da Modern.az-a məlumatı təsdiqləyiblər.

Maraqlıdır, “Müasir Müsavat” rəhbəri bu obyektlərdən əldə edilən gəlirləri partiya üçün xərcləyirmi?

Amma Hafiz Hacıyev Modern.az-a açıqlamasında Göygldəki mülklərinin varlığını inkar etdi:


“Yanlış məlumatdır. Bu haqda kim sizə məlumat veribsə, həmin şəxs qərəzlidir. Belə bir şey yoxdur. Əgər mənim o cür malım-mülkün olsa, danan deyiləm. Əksinə, fəxr edərəm. Amma imkanlarımız  yoxdur”.

Onun  sözlərinə görə Müasir Müsavat Partiyasının hazırda maddi çətinlikləri var:

“İanələr hesabına, partiya üzvlərimizin könüllülük təşəbbüsləri ilə təşkilatımızın xərclərini qarşılamağa çalışırıq. Bilirsiniz ki, partiyamıza gələn insanların əksəriyyəti uzun müddət müəyyən işlərlə məşğul olan adamlardır. Maliyyələşdirmə baxımından hazırda çətinlik çəkirik. İşçilərimizin əksəriyyətinə əmək haqqı verə bilmirik və  müxtəlif yerlərdə işləyənlər də var. Onlar gün ərzində üç-dörd saat könüllülk əsasında gəlib çalışırlar. Yəni demək olar ki, maddi vəziyyətimiz pisdir və imkan vermirlər ki, biz nəsə edək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam