Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Azərbaycanı çox böyük təlatümlər gözləyir və biz buna hazır olmalıyıq”

bitmap-img6


“Hacıbala Abutalıbovun oğlu vəhabiləri maliyyələşdirir. Eyni zamanda Heydər Əsədov bu gün müxalifətlə gizli işbirliyindədir”

 

 
Xeberinfo.com:   Bu fikirləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev  "Global Risk İnsight" analitik agentliyinin iddiasına münasibət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib.
Qeyd edək ki, "Global Risk İnsight" analitik agentliyi Azərbaycanda sentyabrın 26-da keçirilən referendumla bağlı geniş yazısında Azərbaycanda gizli müxalifətin olduğunu iddia edib. Beynəlxalq analitik agentliyin bu iddiasi nə dərəcədə doğrudur? Əgər bu iddiada həqiqət varsa, gizli müxalifət kimlərdən oluşa bilər?
Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə müraciət edib.

Hafiz Hacıyev: “Azərbaycanı çox böyük təlatümlər gözləyir və biz buna hazır olmalıyıq”.

Azərbaycanda gizli təşkilatın olduğunu bildirən Hafiz Hacıyevə görə, “Global Risk İnsight” analitik agentliyinin iddia etdiyi analiz həqiqətə uyğundur: 
 “Əlbəttə ki, beynəlxalq təşkilatların və dünya agentliklərinin Azərbaycanda apardıqları müşahidələrə əsasən verdikləri məlumatlar düzgündür. Azərbaycanın daxilində, həm də xaricdə olan qüvvələrdən ibarət olan gizli müxalifət var. Bizim partiyamız da müxalifət sayılır. Ancaq biz millətimizə sadiq olan müxalifətik. Azərbaycanda ermənilərə və xarici qüvvələrə işləyən müxalifətin kimlərdən ibarət olduğu bəllidir. Onlardan fərqli olaraq biz ölkəmizdə olan neqativ amilləri xaricə satmırıq. Azərbaycanı çox böyük təlatümlər gözləyir və biz buna hazır olmalıyıq. Mən şəxsən prezidentimizi bu təlatümlərdən qorumaq üçün onun ətrafında olan pis insanların iç üzünü açıb ortaya qoyuram. 

Hafiz Hacıyev: “Bu gün hakimiyyətdə  təmsil olunan insanların bir hissəsi Milli Şurada da təmsil olunur”.

Bu gün hakimiyyətdə  təmsil olunan insanların bir hissəsi Milli Şurada da təmsil olunur. Məsələn, nazirlər, nazirin kürəkənləri Avropada, Qərbdə Azərbaycanın əksinə böyük işlər aparırlar. Bu insanlar müxalifətlə əlbir olan satqın insanlardılar. Ona görə də çox ciddi şəkildə axsamalarımız olur. 
Beynəlxalq təşkilatlar çox gözəl bilirlər ki, hakimiyyətin daxilində prezidentimizi istəməyən qüvvələr çoxdur. Onlar bu gün də ustalıqla işləyirlər. Onlar dini cərəyanlara və radikal qruplara böyük pullar buraxırlar. Məsələn, Hacıbala Abutalıbovun oğlu vəhabiləri maliyyələşdirir. Eyni zamanda Heydər Əsədov bu gün müxalifətlə gizli işbirliyindədir. Fikrimcə, yaxın zamanlarda onların əksəriyyəti hüquq-mühafizə orqanları qarşısında cavab verməli olacaqlar”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam