Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Avtoşluq edən Hafiz Hacıyevin qızıdır? -Yenilənib

 

Avtoşluq edən Hafiz Hacıyevin qızıdır?

 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin qızına məxsus avtomobil cərimə meydançasına aparılıb.

Yenixeber.org Yenicag.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı yol polisindəki mənbə verib.

Məlumata görə, 20 yaşlı Hacıyeva Fatimə Hafiz qızı gecə saatlarında idarə etdiyi qara rəngli “Hyundai İX-35” markalı avtomobillə restoranlardan birindən çıxıb. O, “Azneft” dairəsində Dəniz vağzalı istiqamətində hərəkətdə olarkən “Toyota Avalon” və “Niva” markalı avtomobilərlə ötüşməyə başlayıb. Yol-patrul xidmətinin əməkdaşlarına avtomobilləri saxlamaq göstərişi verilib. Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin naryadı ötüşən avtomobilləri saxlayıb. Hər üç maşın cərimə meydançasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

                                                                                 ***

H. Hacıyev məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O qeyd edib ki, onun Fatimə Hacıyeva adlı qızı yoxdur:

“Bunlar mənə qarşı şər kampaniyasının tərkib hissəsidir. Qızımın heç maşını da yoxdur. Kimsə mənə böhtan atır”.

Günel Türksoy

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam